IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk TV kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "İndependent" qəzeti öz məqaləsində Riçard Dirlavın açıqlamalarını verib: "Ərəbistan İraqın şimalını ələ keçirmək üçün İŞİD-ə yardım etdi, çünki rəsmi ər-Riyad bunu “şiələrin kütləvi qətliam və həyatlarının Alman faşistlərinin kölgəsi altında yəhudilərin həyatına oxşar əməliyyatın” bir hissəsi kimi görürdü."
Dirlav keçən həftə “British Service” Kral İnstitutundakı çıxışı zamanı deyib: "Bəndər bin Sultan 2001-ci il sentyabr hadisələrindən əvvəl Nyu-Yorkda şifahi olaraq mənə, "Yaxın Şərqdə bir milyard sünninin şiələrə üstün gələcəyi o gün uzaqda deyil" söyləmişdi."
O bununla, şiələrin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tuturdu: "Bəndər bin Sultanın şiələrə söz verdiyi o ölümcül anlar artıq çatıb və bu da yalnız 2003-cü ildən indiyədək kamikadzelər və bombalanmış avtomobilləri vasitəsilə bir milyon şiəni kütləvi qırmaqla məhdudlaşmır; bu xüsusilə də Ərəbistan rejiminin dəstəyi ilə İraqın şimalını, yəni Neynəva və Mosulu ələ keçirmək idi - İŞİD şiə qadın və körpələri, izədiləri və İraq HHQ (Hərbi hava Qüvvələrinin) kursantlarını qətlə yetirərək kütləvi şəkildə dəfn etməsi demək idi. Mosulda və Təl-Əfər yaxınlığında türkmanların yaşadığı bir şəhərdə şiələrin məzarları və məscidləri partladıldı və İŞİD 4 min evə “müharibə qəniməti” qismində əl qoydu və beləliklə, İraqda şiələrin həyatı, eləcə də Suriyada şiələrin bir qismi sayılan ələvilərin, habelə xristianların həyatı 1940-ci illərdə Avropada faşistlərin nəzarəti altında olan bölgələrdə yaşayan yəhudilərin həyatından daha təhlükəli oldu."
Dirlavın dediyinə görə, Ərəbistan və Qətərn İŞİD-ə davamlı böyük maliyyə yardımları terroçuların İraqın sünnilər yaşayan bölgələrinə nəzarəti ələ almasında əsas rol oynayıb və bu öz-özünə baş vermir və İrqın sünni çoxluğu ilə İŞİD arasında əməkdaşlıq Körfəz ölkələrinin maliyyə sponsorlarının göstərişi, təlimatları və razılığı olmadan mümkün olmazdı.
"İndependent" qəzeti yazır: KİV-lər diqqəti Britaniya xüsusi xidmət orqanının keçmiş rəhbərinin çıxışında Bəndər bin Sultanın şiələri, ələviləri və digər azlıqları kütləvi qırmaqla bağlı planına dair açıqladığı səsküylü xəbərə yox, İŞİD-in Qərbə qarşı təhdid olmasına yönəltdilər. Halbuki, Dirlav qeyd edtmişdi ki İŞİD-in Qərbə qarşı təhdidi əl-Qaidənin təhdidinfən fərqli olaraq, böyüdülür, çünki əl-Qaidə Qərb maraqlarını təhdid etməyi vacib sayırdı. Buna baxmayaraq, İŞİD diqqəti Bəndər bin Sultanın planı üzrə vəhhabi əqidəsinə görə qeyri-müsəlman və kafir sayılan insanları qətlə yetirməyə yönəldib.
3461558