IQNA

Pakistanın şiələr yaşayan regionunda partlayış 15 nəfərin canını aldı

0:44 - December 14, 2015
Xəbər sayı: 3462791
Beynəlxalq şöbə: Pakistanın şimal-qərbində şiələr yaşayan regionda izdihamlı bazarlardan birində partladılan bomba 15 nəfərdən çox şiənin ölümünə və otuz nəfərdən çoxunun yaralanmasına səbəb oldu.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Pakistanın şimal-qərbində yerləşən Paraçinar əyaələrinin şiələr yaşayan regionunda izdihamlı bazarlardan birində partladılan bomba 15 nəfərdən çox şiənin ölümünə səbəb oldu.



Pakistan mətbuatının yaydığı məlumata görə dekabrın 13-də Paraçinar şəhərində baş vermiş partlayış nəticəsində 15 adam həlak olub.



Son məlumata görə təxminən 50 nəfər yaralanıb, onlardan da 15-nin vəziyyəti ağır qiymətləndirilir.



Məlumatda deyilir ki, partlayış şəhərinin girəcəyindəki qış paltarları satılan bazarda baş verib.



Polisin verdiyi məlumatda isə qeyd olunur ki, bazarda baş vermiş partlayış terrorçuluq aktıdır və artıq cinayətkarların ikisi tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib.



Əmcəd Əli Xan – Kuram şəhərinin siyasi rəsmisi, bu barədə dedi: Ehtimal olunur ki, Kuram regionunun Eydgah bazarında baş verən terror hadisəsinin qurbanlarının sayı çoxalsın.



Bu terror aktı ilə bağlı tədqiqatlar başlanıb. Videoçarxlardan görünür ki, Parçinar sakinləri Eydgah bazarından qaçırlar. Həkimlərin dediyinə görə, yaralıların halı getdikcə ağırlaşır və ölənlərin sayı çoxala bilər.



Hələ heç kim və heç bir terrorist qruplaşma bu terrorun məsuliyyətini üzərinə götürməyib.



Qeyd edək ki, Pakistanın 200 milyonluq cəmiyyətinin 20 faizini şiələr təşkil edir. Kuram Pakistanın yeddi xudmuxtar qəbiləsindən biridir ki, milli adət və ənənələr əsasında idarə olunur.



3462731



 

Teqlər: pakistan ، terror ، şiə ، İŞİd
captcha