IQNA

Müxtəlif dinlərin rəhbərləri terrorizmlə mübarizədə Amerika müsəlmanları ilə həmrəylik etdilər + FOTO

23:55 - December 15, 2015
Xəbər sayı: 3463643
Beynəlxalq şəbə: Amerikanın Las-veqas şəhərində yaşayan müxtəlif dinlərin rəhbərləri şəhərin müsəlmanlar icmasına qatılaraq terrorizmlə mübarizədə həmrəylik etdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Review Journal" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Las-veqas şəhərində yaşayan müxtəlif dinlərin rəhbərləri həftənin bazar günü (13 dekabr 2015) şəhərin müsəlmanlar icmasına qatılaraq terrorizmlə mübarizədə həmrəylik və həmdərdlik etdilər.



Müxtəlif dinlərin rəhbərlərindən ibarət icma müştərək bəyaniyyə yayaraq elan etdilər: Din adına terror və zorakılıq edən insan və qruplaşmalar bilsinlər ki, heç vaxt bizim dinimizi və imanımızı oğurlaya bilməyəcəklər.





Dünyanın müxtəlif dinlərinin rəhbərlərindən ibarət bu icma həmçinin amerikalı siyasətçilərə və gələcək prezident seçkilərində namizəd olanlara xitab olaraq dedidlər: İslam terrorizmi məhkum edir. Müsəlmanların, məsihilərin və yəhudilərin Allahı birdir. Tövhidi dinlərdə dostluq, müdara, azadlıq və insanlara qayğı əsas prinsip sayılır.





Las-veqas şəhərinin Came məscidində keçirilən toplantıda iştirakçıların sayı o qədər çox idi ki, 400 nəfərlik tutumu olan məsciddə oturmaq üçün yer tapılmırdı. Toplantı dua oxumaq və Kaliforniyanı hadisəsindəki qurbanların anım mərasimi ilə başladı.





Toplantıda dünyanın müxtəlif dinlərinin rəhbərlərindən əlavə şəhərin məhkəmə, oraq və siyasi vəzifəliləri də iştirak edirdilər. Onlarda ölkədə baş verən terror hadisələrini məhkum edən çıxışlar etdilər, müsəlmanları himayə edərək milli və dini radikallığı və irqçiliyi pislədilər.





Seyyid Rəhman (bu toplantını təşkil edənlərdən biri) yekun çıxışında dedi: Gələn ilin ilk ayında Las-veqasda dini rəhbərləin iştirakı ilə "din adına zorakılıq qadağandır" imza kampaniyası keçiriləcəkdir. Ümid edirəm ki, bu əməl digər şəhərlərdə də işıqlandırılacaq və keçiriləcək və İslamın doğru tanıdılması və terrorizmin məhkum olunmasında təsirli addım olacaqdır.     



3463152

Teqlər: terror ، sülh ، insan ، məsihilik ، yəhudilik
captcha