IQNA – “Bild” nəşrinin verdiyi məlumata görə, İŞİD ilə mübarizə aparan suriyalı fəallar bu kişinin fotoşəkillərini internetdə yerləşdirəndən sonra həmin fotoşəkillər Almaniya hüquq mühafizə orqanlarının diqqətini cəlb edib.
Bu da bildirilir ki, saxlanılmış şəxs Unnaya təxminən bir həftə bundan əvvəl öz bacısı və onun əri ilə birlikdə gəlib. Terrorçu olması ehtimal edilən bu şəxs Suriyanın şimal-şərqindəki Dayr-əz-Zaur şəhərindəndir. Onun Suriyada İŞİD silahlılarının pulla təchiz edilməsinə cavabdeh olması güman edilir.
Maide.az