İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk TV kanalının informasiya və xəbər portalına istinadən verdiyi xəbərə görə, "Doha Siyasi Araşdırmalar və Tədqiqatlar Mərkəzi" 2015-ci ilin son günlərində apardığı sorğunun nəticəsinə görə Ərəb ölkələrində yaşayan əhalinin 89 faizi İŞİD terror qruplaşmasını pisləyir və ona qarşıdırlar. Məlumata görə, sorğuda iştirak edənlərin 7 faizi İŞİD-in tərəfdarı olub.
İŞİD-in yaranmasında səbəblər haqqında ərəb ölkələrinin əhalisinin 22 faizi düşünür ki, buna səbəb İraq və Suriyadakı qarşıdurmalardır. 11 faiz ifratçı şəxslərin iştirakını, 10 faiz əcnəbi ölkələrin ərəb ölkələrinin işinə müdaxiləsini İŞİD-in yaranma səbəbləri kimi göstəriblər.
Məlumatda bu sorğunun hansı ölkələrdə aparıldığı və sorğuda neçə nəfərin iştirak etməsi ilə bağlı açıqlama verilməyib.