IQNA

Dünyanın ən qədim Quran nüsxəsi sərgiyə qoyulacaq

7:27 - February 01, 2016
Xəbər sayı: 3480114
Tehran, 01.02.2016 – Dünyanın ən qədim Quran nüsxəsi Fevral ayında İngiltərənin Birminqam muzeyində sərgiyə qoyulacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "tyburn mail" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin Birminqam universitetinin kitabxanasında kəşf olunmuş ən qədim Quran nüsxəsi Birminqam şəhər muzeyində sərgiyə qoyulacaqdır. Keçən il bu Quran nüsxəsinin dünyada əks-sədasını nəzərə alarsaq, bu sərgiyə 10 minlərlə insanın baş çəkməsi gözlənilir.

İngiltərənin Birminqam universitetinin kitabxanasında kəşf olunmuş bu Quran nüsxəsinin yazılma tarixi İslam Peyğəmbərinin (s) yaşadığı ən yaxın zamana qayıdır. Bəzi tədqiqatçılar nüsxənin İmam Əli (ə) tərəfindən yazılması iddiasını da irəli sürüblər.

Birminqam universitetinin kitabxanasında kəşf olunmuş bu Quran nüsxəsi keçən il universitetin özündə sərgiyə qoyuldu və üç həftə ərzində 9 min insan sərgiyə baxış keçirdi.

Bu nüsxə Fevral ayının 5-də Birminqam muzeyinin "Birminqam qalareyasında İMAN" adlı yeni açılmış bölməsində sərgiyə qoyulacaqdır. Bu qalareyada müxtəlif dinlər, o cümlədən İslam, Məsihiyyət, Yəhudilik, Buddizim, Hinduzim və digərləri barədə məlumat əks etdirən eksponatlar sərgiyə qoyulmuşdur.

Qeyd edək ki, İngiltərənin Birminqam universitetində dünyanın 80 ölkəsindən 22 500 nəfər tələbə təhsil alır. 

http://iqna.ir/fa/news/3471423


Teqlər: quran ، birminqam ، sərgi ، quran sərgisi
captcha