IQNA

Malaziyalı sosioloq:

Sələfi təşkilatlarının dini mahiyyəti yoxdur

9:24 - February 06, 2016
Xəbər sayı: 3480135
Tehran, 06.02.2016 – Malaziyalı sosioloq deyib ki, sələfi təşkilatlarının dini mahiyyəti yoxdur, onlar cinayətkar qrumlardır, təkcə bəzi rəhbərlərinin sələfi əqidəsi vardır.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Fərid əl-Ətas – Sinqapurun Milli Universitetinin Sosiologiya Fakültəsinin elmi heyətinin üzvi, sosioloq və yazar, İQNA ilə müsahibəsində dedi: Terrorizmin Orta Şərqdə artması və geniş yayılmasının müxtəlif dəlilləri vardır ki, bunların arasında siyasi və iqtisadi amillər əsas yer tutur. Bundan əlavə İslam ümmətində parçalanma və vəhdətin pozulması, ifratçı və təkfirçi təfəkkürlərin yaranması terrorizmə can verən əsas amillərdəndir.

O əlavə etdi: Tarix boyu müxtəlif təkfirçi və radikal qruplar cəmiyyətdə mövcud olmuşdur. Müasir dövrdə də Ərəbistanda vəhabilik və sələfiliyin yaranması İslam dünyası üçün müxtəlif problemlər yaratmışdır ki, bu gün bu problemlər Suriya və İraqda çılpaq şəkildə özünü göstərir.

Fərid əl-Ətas dedi: Sələfi və vəhabi təşkilatlarının dini mahiyyəti yoxdur, onlar cinayətkar qrumlardır, təkcə bəzi rəhbərlərinin sələfi əqidəsi vardır. Sələfi və vəhabi adlanan İŞİD kimi silahlı qruplaşmalar və onların ünsürlərinin çoxu cinayətkarlar və masonlardırlar ki, dünyanın hər yerindən İraq və Suriyada toplaşaraq İŞİD-ə qoşulublar.

Əl-Ətas dedi: Bu böhranın həlli üçün ilk və əsas addım İslami vəhdətdir. İslam dünyasına vəhdəti qaytarmaq üçün isə bütün İslam ölkələri dünya siyasətlərində bütün İslam dünyasının maraqlarını nəzərə almalıdırlar. Bunun üçün isə İslami ölkələrdə öz maraqlarını güdən radikal qruplar tanınmalı və zərərsizləşdirilməlidirlər. Sələfi təşkilatları cinayətkardır və onlara dini qrum adı vermək olmaz.

O əlavə etdi: İŞİD öz cinayətlərini Avropada da genişləndirmək və özünə üzv yığmaq niyyətindədir. Bəzi ölkələrdə insanları təhrik edərək bu cür cinayətkar dəstələrə qoşulmağa zəmin yaradır. Fransanın "Şarli Ebdo” jurnalını buna misal göstərmək olar. Bundan əlavə Amerika və Avropda müsəlmanları pis və özgə göstərmək üçün təbliğatlar aparılır ki, bu təbliğatlar da müsəlmanlarda nifrət hissi oyadır və onları terroristlərə qoşulmağa təhrik edir. Əgər Avropa ölkələri bu cür addımlardan əl məkməsələr çoxsaylı insanlar terror qurbanı olacaqlar.

http://iqna.ir/fa/news/3472394


Teqlər: terror ، malaziya ، şarli ebdo ، İŞİd
captcha