IQNA

Pakistanın Bəluçistan əyalətində müsəlmanların böyük toplantısı

10:41 - February 09, 2016
Xəbər sayı: 3480159
Tehran, 09.02.2016 – Pakistanın “Təbliğ Camaatı”nın böyük toplantısı müxtəlif ölkələrdən olan müsəlmanların iştirakı ilə bu gün səhər öz işinə başladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın "Təbliğ Camaatı”nın böyük toplantısı bu ölkədən və dünyanın müxtəlif ölkələrindən olan yüzminlərlə müsəlmanın iştirakı ilə bu gün səhər (09.02.2016) Pakistanın Bəluçistan əyalətinin Sibbi şəhərində öz işinə başladı.

Bu toplantı üç gün müddətində davam edəcəkdir. Toplantıda müxtəlif proqramlar icra olunaqcaqdır, o cümlədən Namaz qılmaq, Namazın düzgün qiraəti təlimi, dua oxumaq, əhkam dərsi, İslam əxlaqı təlimi və alimlərin moizə məclisləri olacaqdır.

Böyük toplantı bu gün səhər başlayıb və həftənin cüməaxşamı gününüə qədər (11 Fevral 2016) davam edəcəkdir. Toplantı münacat oxumaq ilə yekunlaşacaqdır.

Bu böyük toplantıda Pakistan və digər ölkələrdən 1 milyon nəfər müsəlman iştirak edəcəyi ehtimal olunur.

http://iqna.ir/fa/news/3474115


captcha