IQNA

Zeynəbiyyədə törədilən terrorun təfərrüatı

22:27 - February 22, 2016
Xəbər sayı: 3480213
Tehran, 22.02.2016 – Livanın “əl-Mənar” TV kanalı dünən Zeynəbiyyədə törədilən terror hadisəsinin cüziyyatını açıqlayaraq bu faciədə şəhid olanların sayının 90 nəfər çatdığını dedi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "əl-Mənar” peyk TV kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən Dəməşqin Zeynəbiyyə məntəqəsində törədilən terror hadisəsinin cüziyyatını açıqlayaraq bu faciədə şəhid olanların sayının 90 nəfər çatdığını dedi.

Xəbərdə deyilir ki, təkcə 15 dəqiqə ərzində 90 nəfər günahsız insane və sivil vətəndaş şəhid olmuş və 180 nəfər suriyalı vətəndaş çox ağır yaralanmış vəziyyətdə Dəməşqin Rif rayonu xəstəxansına çatdırılmışdır.

Hadisənin təfərrüatı barədə deyilir ki, dünən əsr vaxtı terrorist intiharçı tərəfindən idarə edilən Toyota markalı avtomobil çox miqdarda patladıcı maddə ilə yüklənmiş halda izdihamlə bir yerdə partladıldı. Bundan 10 dəqiqə sonra isə bir intiharçı qadın partlayıcı kəmərbəndini camaatın sıx yerində işə salaraq tibb işçilərinin birinci hadisənin qurbanlarını daşıdığı bir zamanda partlatdı. Bu partlayışın zəlzələsindən özünə gəlməmiş insanlar cəmi 5 dəqiqə sonra 3-cü partlayış ilə üzləşdilər.

Xəbərdə deyilir ki, bu hadisə Zeynəbiyyə rayonunun Fatimiyyə xiyabanında baş verib. Hansı ki, məhəllənin əsas bazarı da burada yerləşir və insanların sıx yaşadığı və hərəkət etdikləri bir yerdir. Eyni halda partlayış baş verən an məktəb uşaqlarının evə qayıtdıqları zaman imiş. Buna görə də hadisədə çox sayda uşaqlar da vardır.

Suriya hökuməti bu hadisəni məhkum edərək, bu məsələdə Qərb, Ərəb və Türkləri günahkar saydı.

http://iqna.ir/fa/news/3477374



Teqlər: suriya ، türkiyə ، zeynəbiyyə
captcha