İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-ümmə əl-əxbariyyə” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, hazırda İndenoziyada elmi səfərdə olan Əl-Əzhərin şeyxi Əhməd Təyyib səfəri çərçivəsində çıxışlarından birində dedi: Şiə və sünni İslamın iki qanadıdır və bu iki məzhəbin arasında yaxınlaşma, təqrib və vəhdət yaratmaq zəruridir.
Bu sözü İslam dünyasının ən böyük dini mərkəzi hesab edilən əl-Əzhər –in şeyxi Əhməd ət-Təyyib İndoneziyaya səfəri çərçivəsində etdiyi çıxış zamanı müsəlmanların arasında yaranmış ifratçı, təkfirmi qruplar barədə xəbərdarlıq edərək deyib.
İndoneziya alimləri qarşısında çıxış edən əl-Əzhər şeyxi İraq, Suriya və Yəməndəki hadisələrə toxunaraq, islam dünyasında bir məzhəbin (vəhhabilik) digərləri üzərində həyata keçirdiyi zorakılığı pisləyib.
O bildirib ki, İslamda dözümlülük hissi təbliğ edilməli və sünni və şiələr təkfir edilməməlidir, çünki "Şiə və sünni islamın iki qanadıdır. Onların arasında yaxınlaşma və vəhdət çox vacibdir… Sünni və şiələr arasında ixtilaf əsas məsələlərdə deyil. İxtilaf təkcə "imamət” məsələsində var ki, biz onu dinin əsası hesab etmirik, onlar isə əsas bilir.”
Əl-Əzhərin şeyxi Əhməd Təyyibin bu çıxışı isə öz növbəsində vəhhabilərinə xoşuna gələn olmayıb və onları hiddətləndirib. Bir çox vəhabi mərkəzləri bu çıxışı hiddətlə qarşılayıb, mənfi addım kimi dəyərləndiriblər.
http://iqna.ir/fa/news/3477613