İQNA-nın "http://newsok.com” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Oklahoma şəhərinin dini rəhbərləri müxtəlif dinlərin davamçılarını, o cümlədən müsəlmanları himayə etmək üçün canlı insan divarı çəkməyi qərara alıblar.
Oklahoma əyalətində ilk dəfə olaraq "Konqresdə müsəlman günü” mərasimi keçirildiyi vaxtdan təqribən bir il keçmişdir. Amma bu şəhərdə yaşayan müxtəlif dinlərin ardıcılları hələ də bu mərasim barədə danışırlar.
Onlar keçən il bu mərasimi pozmaq istəyənlər və müsəlmanları aşağılamaq üçün çalışanlar barədə çox az və arada sırada bir dəfə söhbət edir və bu hadisəni yada salmaq istəmirlər.
Bunun əvəzində isə Oklahoma şəhərinin dini rəhbərləri müxtəlif dinlərin daşıyıcılarının bir-birinə yaxınlaşması barədə yollar axtarır, irqçiliyə qarşı və müxtəlif dinlərin davamçılarını himayə məqsədi ilə canlı divar çəkmək istəyirlər.
Noel Jacobs – Oklahoma əyaləti üzrə "Dinlər Arası Alyans”ın vitse-prezidenti, deyir: Dinlərarası aktivistlər hazırdır ki, cari həftənin Cümə günü, Fevral ayının 26-da "konqresdə müsəlman günü” mərasimində iştirak edəcək müsəlmanları himayə etmək və ehtimal olunan hücumlardan qorumaq üçün canlı divar çəksinlər.
Bu il "konqresdə müsəlman günü” mərasimində müxtəlif dinlərin tərəfdarlarına aid olan 41 ibadət məkanından, məscid, kilsə, hindu məbədi, buddist məbədi və digər dini məkanlardan da insanlar bu mərasimdə iştirak edəcək, nifrətlə mübarizə etməklə bərabər, insanlara sülh ismarıcı verəcəklər.
Bu mərasim Amerikanın İslami Əlaqələr Şurasının himayəsi ilə Cümə namazdından öncə bir-neçə əyalətdə keçiriləcəkdir.
http://iqna.ir/fa/news/3477701