IQNA

Gənc müsəlman qız Trampı debata çağırdı

11:08 - February 24, 2016
Xəbər sayı: 3480222
Tehran, 24.02.2016: Keçən il Amerikanın Şimali Karolina şəhərindən qətlə yetirilən hicablı müsəlman tələbə qızın bacısı Doland Trampı debata çağırıb.

İQNA-nın verdiyi xəbərə görə, keçən il Amerikanın Şimali Karolina şəhərindən qətlə yetirilən hicablı müsəlman tələbə qızın bacısı ABŞ-ın respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmüş anti-İslam çıxışlar edən Trampı debata dəvət edib.

Suzan Barakat - ötən il Amerikanın Şimali Karolina şəhərində öldürülən müsəlman tələbə qızın bacısı, ABŞın respublikaçılar partiyasının prezidentliyə namizədi Doland Tramp "müsəlmanları donuz qanına bulaşdırılmış güllə ilə vurmaq lazımdır” deməsindən sonra debata çağırıb.

ABŞ prezidentliyinə namizəd D.Tramp son çıxışında deyib ki, müsəlmanları "donuz qanına bulanmış güllələr”lə edam etmək lazımdır.

28 yaşlı Suzan Barakat 2015-ci ildə Şimali Karolinada evlərində yoldaşı və uşağı ilə birlikdə silahlı hücumda öldürülən Deah Barakatın bacısıdır.

Deah Barakat Şimlai Karolina Universitetinin diş həkimliyi üzrə fakültəinin tələbəsi idi.

Qeyd edək ki, Amerika Müsəlmanları Şurası da D.Trampı müsəlmanlar və İslama qarşı etdiyi çıxışlarına görə tənqid edib və onu debata çağırıb.

Suzan Barakat "nyu-york times”a müsahibəsində deyib ki, Tramp elə danışır ki, elə bil bütün müsəlmanları ixtiyarı onun əlindədir. Əgər həqiqətən belə fikirləşirsə, mənə zəng vursun bu barədə danışaq.

Tramp hələ bu cavan müsəlman qızın sorğusuna cavab verməyibdir.

http://iqna.ir/fa/news/3477790


captcha