İQNA-nın "The Boston Globe" (https://www.bostonglobe.com/) xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikalı veteran və ehtiyatda olan əsgərlərdən bir dəstəsi ölkələrində yaşayan müsəlmanları himayə etmək məqsədi ilə aksiya keçirdilər. Bu aksiyalar ölkədə müsəlmanlara qarşı çoxalmaqda təzyiqlərin qarşını almaq məqsədi daşıyır.
Bu informasiya portalının verdiyi məlumata görə, müharibə əleyhinə olan köhnə əsgər və veteranlar Nyu England şəhərinin ən böyük məscidinin qarşısında toplaşaraq müsəlmanları himayə etdiklərini və dəstəklədiklərini elan etdilər.
Veteranların müsəlmanları himayə etmək məqsədi ilə həyata keçirdikləri aksiya və küçə yürüşləri Boston əyalətinin Raksberi şəhərinin Mədəniyyət Mərkəzinin İslam Cəmiyyətinin binası önündə "Sülh üçün Veteranlar Batalyonu" tərəfindən təşkil edilmişdi. Bu aksiyada müsəlmanların hüquqlarının qorunmasını dəstəkləyən 200 nəfər civarında veteran iştirak edirdi.
Bab Fanke - Amerika veteranlardından biri və "veteranların məhəllə dəstəsi"nin bu yürüşlərdə iştirak etmək üçün təşkilatçısı, bu barədə dedi: Sizin prezident seçkiləri siyasətlərində müşahidə etdiyiniz, müsəlmanlar haqqında yalan, azdırıcı və böhtan xəbərlər eşitdiyiniz sözlər əslində müsəlmanları və İslam dinini cəmiyyətə yanlış tanıtdırmağa xidmət edir.
O əlavə etdi: Bu siyasətçilər müsəlmanlardan və İslam dini məsələlərindən insanları qorxutmaq üçün istifadə edirlər. Başqa sözlə desək insanarı özlərinə tabe etmək üçün qorxu və vəhşət siyasətindən istifadə edirlər.
Bu aksiyalar bir halda baş verir ki, ABŞ-ın bəzi siyasətçiləri və prezidentliyə namizədləri, o cümlədən Donald Tramp rəqabətlər zamanı müsəlmanları və İslamı hədəfə alaraq təxribatçı çıxışlar edirlər, müsəlmanları terrorist kimi tanıtdırırlar, onların ABŞ-a girişlərinin qadağan olunmasını tələb edirlər.
http://www.iqna.ir/fa/news/3478986