İQNA-nın verdiyi xəbərə görə, Heydər Cəluxan – Kərbəlanın peyk TV kanalının müdiri, İQNA ilə müsahibəsində İraqın Quran-Kərim peyk kanalının həftənin çaharşənbə günü, cari ilin Mart ayının 2-də, rəsmi şəkildə istifadəyə veriləcəyi barədə xəbər verdi.
Heydər Cəluxan – Kərbəlanın peyk TV kanalının müdiri, İQNA ilə müsahibəsində dedi: Quran-Kərim peyk TV kanalı hazırda test yayımındadır, kanalın rəsmi açılışı bir sıra texniki problemlərə görə gecikdi, amma cari hətfənin 3-cü günü rəsmi şəkildə açılış mərasimi keçiriləcəkdir.
Cəluxanın dediyinə görə, İraqın Quran-Kərim peyk TV kanalında dünyanın məşhur Quran qarilərinin tilavətləri, Quran maarifi, Quran təfsiri, Quran elmləri və Quranla bağlı gidər verilişlər yayımlanacaqdır.
Heydər Cəluxan – Kərbəlanın peyk TV kanalının müdiri, dedi: Quran TV-nin proqramları iki hissədən ibarət olacaqdır. Birinci hissədə hazır məhsullar efirə gedəcəkdir. İkinci hissədə isə canlı proqramlar yayımlanacaqdır. Həmçinin Kərbəla əyalətinin bütün namaz və azanları birbaşa efirə buraxılacaqdır.
Cəluxan sonda dedi: Kərbəla Quran-Kərim TV kanalı NİL sat üzərindən V12521 ferakansında izləniləcəkdir.
http://iqna.ir/fa/news/3479290