IQNA

İngiltərənin Woolf dinlərarası münasibətlər institutunun təsisçi direktoru:

Dini radikalizm müqəddəs kitablarının yanlış oxunuşundan irəli gəlir

11:13 - March 01, 2016
Xəbər sayı: 3480237
Tehran, 01.03.2016 - İngiltərənin dinlərarası münasibətlər institutunun rəisi Quranın ifratçılıq ilə əlaqələndərilməsini rədd və radikalizmi dini kitabların yanlış oxunuşunun məhsulu hesab etdi.

İQNA-nın " http://www.independent.co.uk/" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin Woolf dinlərarası münasibətlər institutunun təsisçi direktoru islamofobların iddialarına cavab olaraq dini radikalizmi müqəddəs kitabların yanlış oxunuşu və dərkinin nəticəsi hesab edərək təkfirçilik, radikalizm və terrorizmin Quran ayələrindən götürülmə ideologiya olduğunu rədd etdi.

PEGİDA irqçi təşkilatına aid olan "Vətənpərəst avropalılar Avropanın islamlaşdırılmasının əleyhinə" adlı FACEBOOK səhiflərindən birində iddia olunur ki, radikalizm və terrorizm kimi problemlərin mənşəyi və qaynağı Quran ayələrinin özüdür. Bu ayələri oxuyan hər kəs ya bunları tərk edir, ya da əməl edib terrorist olur.

Dr. Ed Kessler - the founding director of the Woolf Institute of interfaith relations (Woolf dinlərarası münasibətlər institutunun təsisçi direktoru), bu iddiaya cavab olaraq dedi: Sizcə Quran-Kərimdə zorakılığ üçün istifadə edilən ayələrin sayı İncil və Tövratdakından çoxdurmu?! Problem Quranın ayələrində və müqəddəs kitabların mətnində deyil. Çünki siz Quran ayələrində terrorizm və radikalizm üçün istifadə etdiyiniz ayələrin oxşarını yəhudilərin və məsihilərin də müqəddəs kitablarında oxuya bilərsiniz.

Dr. Ed Kessler sözünün davamında Tövratdan bəzi ayələrə işarə edərək vurğuladı ki, Quran-Kərimdən zorakılıq üçün sui-istifadə olunan ayələrin sayı İncildəkindən iki dəfə azdır. Quran-Kərimdə bu cür ayələrin sayı 333 ayə civarındadırsa, İncildə 842 ayə civarındadır.

Kessler əlavə etdi: Buna görə də problem mətn deyil, problem oxunuş və dərkdir. Problem mətnin mənasına hansı bucaqdan baxmaqdır. Problem insanların şəxsini fikirlərini mətndən anlamasıdır. İŞİD və təkfirçi vəhabi qrupları öz təbliğlərini və dini təlimlərini Quranın zahiri oxunuşu əsasında qururlar. Müxtəlif təfsirlər ayəni xeyirə və ya şərrə məna edə bilər. Həmin ayələr ki, ifratçılıq və terrorizmdə istifadə olunur, azdlıqsevərlik üçün də istifadə olunur.

Qeyd edək ki, PEGİDA kimi irqçi qruplaşmalar da Quran ayələrini vəhabilər kimi tərsinə və ayənin hədəfinin əksinə təfsir edərək öz məqsələri yönündə istifadə edirlər.

http://iqna.ir/fa/news/3479201


Teqlər: quran ، terror ، pegida ، radikalizm
captcha