IQNA

Banqladeşin XVI Beynəlxalq Quran Qiraəti Konfransı + FOTO

12:22 - March 01, 2016
Xəbər sayı: 3480239
Tehran, 01.03.2016 – Banqladeşin 16-cı beynəlxalq Quran-Kərim qiraəti konfransı dünyanın müxtəlif ölkələrindən Quran qarilərinin iştirakı ilə 12 gün müddətində keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri) verdiyi xəbərə görə, Banqladeşin 16-cı beynəlxalq Quran-Kərim qiraəti konfransı dünyanın müxtəlif ölkələrindən Quran qarilərinin iştirakı ilə cari ilin Fevral ayının 11-dən başlayaraq 22-dək 12 gün müddətində keçirilmişdir.

Banqladeşin 16-cı beynəlxalq Quran-Kərim qiraəti konfransında bu ölkənin qarilərindən əlavə, İran, Misr, Əl-Cəzayir, İraq və digər ölkələrin tanınmış Quran simları da iştirak etmişlər.

Bu konfransda İran İslam Respublikasından Həmidrza Əhmədi Vəfa iştirak edərək Quran tilavət etmiş və iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

http://iqna.ir/fa/news/3479258




captcha