İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Əlillərin Sağlamlığının Qorunması və Məişətinin yaxşılaşdırılması təşkilatlarının uzun illər tələbindən sonra nəhayət ki, bu il İran İslam Respublikası Beynəlxalq Quran Yarışları ilə həmzaman olaraq "Qəlbi Nur"lar (gözdən əlil və görmə qabiliyyətini itirənlər) üçün də ilk dəfə beynəlxalq Quran yarışları keçiriləcəkdir.
İran İslam Respublikası Beynəlxalq Quran-Kərim yarışları cari ilin aprel-may aylarında keçiriləcəkdir.
Bu xəbər qeyri-rəsmi olaraq elan edilmişdir və bu məsələ ilə bağlı xəbərlərin tam və rəsmi mətni yaxın günlərdə elan olunacaqdır. Amma "Qəlbi Nur"lar (gözdən əlil və görmə qabiliyyətini itirənlər) üçün keçiriləcək yarışların müxtəlif ölkələrdən hafiz və qarilərin iştirakı ilə keçiriləcək İran İslam Respublikası Beynəlxalq Quran-Kərim yarışları ilə eyni zamanda keçiriləcəy qətidir.
Qeyd edək ki, İran İslam Respublikası Beynəlxalq Quran-Kərim yarışlarında iştirak etmək üçün də hazırlıq yarışları və bu yarışlarda hansı ölkələrdən kimlərin iştirak edəcyəi də yaxın günlərdə bilinəcək.
http://iqna.ir/fa/news/3480013