IQNA

Avropada islamofobiyanın genişlənməsi halı nigarançılıq doğurur

12:40 - March 03, 2016
Xəbər sayı: 3480251
Tehran, 03.03.2016 – Avropalı mütəxəssislər deyirlər ki, islamofobiyanın genişlənməsi halı nigarançılıq doğurur və buna görədə "islamofobiya"nı nifrətdən doğan cinayətlər siyahısına salmaq lazımdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər agentliyinin ərəbdilli portalına istinadla verdiyi xəbərə görə, Avropnın siyasi-ictimai məsələlər üzrə mütəxəssisləri deyirlər ki, bu qitədə islamofobiyanın genişlənməsi halı nigarançılıq doğuran həddə çatmışdır və bu arzuolunmaz halın qarşsını almaq üçün isə "islamofobiya"nı irqçilik, şəxsi intiqam və nifrətdən doğan cinayətlər siyahısına salmaq lazımdır.

Belçikanın "Sinkut Fikir Otağı"nın rəisi Bəkr Günç bu barədə dedi: Fransanın paytaxtı Parisdə baş verən terror hadisələrindən sonra müsəlmanlar əleyhinə həyata keçirilən təəssübkeşlik, irqçilik və ayrıseçkilik Avropada çoxalır.

Bəkr Günç əlavə etdi: Avropa bir sıra təhlükəsizlik siyasətləri və tədbirləri həyata keçirir ki, bu siyasətlər istər-istəməz müsəlmanlar üçün ictimaiyyətdə ciddi məhdudiyyətlər və sıxıntılar yaradır və hüquqlarının tapdanılmasına səbəb olur.

O, Avropada "islamofob" və bu yöndə müsəlmanlara sözdə və fiziki təcavüz hallarının qarşısını almaq üçün cəzaların nəzərdə tutulmamasına işarə edərək dedi: Avropda müsəlmanlara islamofob hücum edənlərin cəzalanması üçün qanun yoxdur, buna görə də biz Avropa ölkələrindən tələb edirik ki, təcavüzkarların əleyhinə qanunlar qərara alınsın.

Belçikanın "Sinkut Fikir Otağı"nın rəisi avropalı rəsmilərdən tələb etdi ki, terrorizm bəhanəsi ilə müsəlmanların hüquqlarını məhdudlaşdırmağa çalışmasınlar.

Qüreyş Başi – "Avropa Müsəlmanlarının İctimaiyyətdə İnteqrasiyası" təşkilatının baş katibi dedi: Avropa ölkələrində İslamofobiya halının yaranması "müsəlmanlar hamısı pisdir" ideologiyasından doğur.

Zəkəriyya Eltug – "Türkiyə İslami İşlər Birliyi"nin xarici əlaqələr şöbəsinin müdiri, bu barədə dedi: Müsəlmanlar Avropada öz dini ayinləri rahat və azad icra edə bilmirlər. Avropa qanunları müsəlmanları inzivaya sürükləyir. Bu da səbəb olur ki, cavan nəsil kafir düşməndən intiqam almaq həvəsi ilə gedib terroristlərin tələsinə düşsünlər.

http://iqna.ir/fa/news/3479944


captcha