İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "vetogate" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin tanınmış psixoloq həkimi və psixatırı və həmçinin Misirin Alimlər Şurasının rəyasət heyətinin üzvü Əhməd Əkaşə Misirin "Səda əl-Bələd" peyk Tv kanalında efirə gedən "Salət ət-Təhrir" proqramında söhbəti zamanı Quran-Kərimin yeni təfsir metodlarının yaradılmasının zəruri olduğunu vurğulayaraq dedi: Quran-Kərimin 80%-i əxlaqi və etik məsələlər və insani dəyərlərdir.
Əhməd Əkaşə Quran-Kərimdə və Peyğəmbərin (s) sünnəsində əxlaqi və etik məsələlərin çoxluq təşkil etdiyinə işarə edərək dedi: Müsəlmanlar bu gün Peyğəmbərin (s) yaşam tərizini özlərinə örnək və ülgü qərar verməlidirlər, onun yaşadığı əsrin adətlərini deyil.
Əkaşə bu məsələnin izahında dedi: Misal olaraq qeyd edim ki, qadınlar Peyğəmbər (s) zamanında təlimatlandırılmır, məktəbə getmirdilər. Bu həmin əsrin şərait, zaman, məkan baxımından bunun üçün münasib olmaması və mədəni və milli adətlərindən irəli gəlirdi. Bu gün isə bu məsələdə həmin əsrin adətlərinə deyil, Quranın mətninə və Peyğəmbərin (s) səhih hədislərinə müraciət olunmalıdır. Quran və Peyğəmbərin (s) kəlamında bunu qadağan edən bir şey yoxdur.
Əhməd Əkaşə vurğuladı: Quran-Kərimin hazırkı təfsir və təvil metodları da dövrümüzün şərait və tələblərinə uyğun deyil. Bu metodların innovasiya olunmasına və yenilənməsinə ehtiyac vardır.
O, sözünün davamında insanın İslam baxımından xoşbəxtliyinə işarə edərək dedi: Xoşbəxtlik rasional bir prosesdir və təkcə sərvətli olmaq bu məsələdə ölçü deyildir. İnsan fitri olaraq xoşbəxt olmaq istedadına malikdir və bu istedad ilə dünyaya gəlir. İslam dininin də mövzularının 80%-ni əxlaqi və etik məsələlər və insani dəyərlər təşkil edir. Bu din sülh, rəhmət, məhəbbət və mehribanlıq dinidir. Bu gün biz həyata eşq və bağlılığı bu dinə uyğun olaraq öyrənməliyik.
http://iqna.ir/fa/news/3481050