İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bakıda Multikulturalizm ili ilə əlaqədar təşkil olunan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin birgə təşəbbüsü ilə qədim Quran nüsxələrinin sərgisi keçirilib.
Azərbaycanın rəsmi xəbər agentliyi olan APA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Qadınlar Cəmiyyətinin birgə təşəbbüsünə əsasən multikulturalizm ili münasibəti təşkil edilib.
Sərginin açılışında çıxış edən M.F. Axundov kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, hazıra kitabxanada "Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı guşə fəaliyyət göstərir.K.Tahirov sovet dövründə insanların dindən uzaqlaşmadığını, hər zaman Tanrıya sitayiş etdiklərini, inanc yeri kimi Qurana and içib sığındıqlarını bildirib.
Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova qeyd edib ki, sərgidə Azərbaycanın bölgələrində qorunan qədim tarixə malik "Qurani-Kərim” kitabları sərgilənir.
Sərgi üç gün davam edərək, bu gün, Cümə, 18.03.2016-cı il tarixində öz işini başa çatdırıb.
http://iqna.ir/fa/news/3484103