IQNA

Belçika şiələrinin rəhbərinin terroru unudulmayacaq

13:04 - March 24, 2016
Xəbər sayı: 3480289
Tehran, 24.03.2016 – Həftənin 2-ci günü Belçikada baş verən terror hadisəsi təəssüfləndirici bir hadisədir ki, 2012-ci il Mart ayında baş verən acı terror hadisəsini də yenidən yaddaşlarda təzələdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, 4 il öncə, yəni 2012-ci ilin Mart ayının 13-də Belçika şiələrinin rəhbəri Şeyx Abdullah Dəhduh da həftənin 2-ci günü Bürükseldə törədilən terrorun amillərinin həmdəstləri tərəfindən faciəli şəkildə balta ilə şəhid edilmişdi.

Belçikada baş verən terror hadisəsi təəssüfləndirici bir hadisədir ki, 2012-ci ilin Mart ayında baş verən digər acı terror hadisəsini də yenidən yaddaşlarda təzələdi.

Əgər bu hadisə Tehranda xristian bir keşişin başına gəlsəydi yenə də BMT-nin insan hüquqları nəzarətçisi sakit dayancaqdı, yoxsa, BMT-yə bağlı bütün medialar İranda insan hüquqlarının bərbad vəziyyətdə olduğunu yazacaqdılar?!

Yəqin ki, sakit dayanmayacaqdılar və BMT də öz növbəsində İran əleyhinə müxtəlif qətnamələr səsləndirəcəkdi.

Amma şiələrin rəhbəri faciəli şəkildə Belçikada şəhid edilərkən Avropa və Belçika rəsmiləri və mediaları bu faciənin qarşısında sakit dayandılar, saxta göz yaşı axıdaraq tirbunanı tərk etmədilər... O zaman fikirləşmədilər ki, bu bəla təkcə şiələrin və müsəlmanların deyil və bir gün öz yaxalarını da tutacaqdır.

Həftənin 2-ci günü Avropanın mərkəzində baş verən terror hadisəsinin və günahsız insanların öldürülməsinin əsas günahkarı elə Avropa Birliyidir, bu terror AB-nin terrorizm məsələsinə ikibaşlı yanaşmasının nəticəsidir.

Necə ki, 4 il öncə Belçikada İmam Rza (ə) məscidinin imamının vəhabi və sələfi qatillərini tutmaq və cəzalandırmaq vədəsi verdilər və əməl etmədilər.

Qeyd edək ki, Şeyx Abdullah Dəhduh Belçikada İmam Rza (ə) məscidinin imamı və "Beynəlxalq Əhl-Beyt Cəmiyyəti"nin üzvü idi.

O, əslın Məğribli idi, Belçikada anadan olmuş və Əl-Mustafa (s) Beynəlxalq İslam Akademiyasını bitirdikdən sonra vətənində İslam dininin təbliği ilə məşğul olurdu. Bir neçə kitabın müəllifi idi.

O, 2012-ci ilin Mart ayının 13-də Belçikanın paytaxtında vəhabilər tərəfinən terror edilərək şəhid oldu.

Bu hadisəni törədənlər 3 nəfər olmuşdu. Onlar əvvəlcə məscidi yandırmışdılar, bu zaman məscidin alovunu söndürməklə məşğul olan Şeyx Abdullahı balta ilə vuraraq vəhşicəsinə öldürmüşdülər.

http://iqna.ir/fa/news/3484403


captcha