IQNA

Madridin ən böyük məscidinə hücum + Foto

13:54 - March 24, 2016
Xəbər sayı: 3480291
Tehran, 24.03.2016 – Brükselin terror hadisələrinə reaksiya olaraq Madirddə sağçı radikal qruplar bu şəhərin ən böyük məscidinə hücum edərək yandırıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "an7a.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "Hogar Social Madrid" adlı radikal sağçılar Brüsseldəki hücumlara etiraz adı ilə məscidə hücum ediblər.

Onlar məscidin qarşısında əllərində məşəl aksiya keçirərək, sonradan məşəllərdən bir neçəsini məscidin damına atıblar. Bundan başqa, sağçılar Madriddə bəzi yerlərdə "Bu gün Brüssel, sabah Madrid?" plokatı da asıblar.

Sosial şəbəkələrdə isə, "Məscidlər Avropadan bayıra" şüarı ilə aksiya keçirən qrup "tvitter"də "terrorçular xoş gəlmisiniz" haştağı açıblar.

Madrid meriyası aksiyaya münasibət bildirərək,"Onlar müsəlman cəmiyyətini qanundankənar elan edə bilməzlər. Biz terrorizmlə birgə mübarizə aparırıq. Birgə yaşayış - təhlükəsiz şəhərlər", - deyib.

Qeyd edək ki, bəzi ekspertlərin rəyinə görə, məhz Avropada İslamın geniş yayılmasının qarşısının alınması üçün İŞİD kimi terror qruplaşmalarından istifadə edərək terror aktları törədilir.

http://iqna.ir/fa/news/3484429

 




Teqlər: madrid ، brüksel ، belçika ، iqna
captcha