IQNA

7:44 - April 04, 2016
Xəbər sayı: 3480304
Tehran, 04.04.2016 – Fransalı qəzet yazarı yazdı: Həzrət Məryəmin adı Quran-Kərimdə məsihilərin müqəddəs kitabı olan İncildən daha çox qeyd olunmuşdur. Və bu müqəddəs xanım müsəlmanlar və məsihilər arasında mühüm əlaqələr yarada bilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-islam əl-yəvm" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Fransanın "Lakruva" qəzetinin cari ilin Aprel ayının 1-ə olan sayında Həzrət İsa peyğəmbərin (ə) anası Həzrət Məryəmin (ə) müsəlmanlar arasında əzizliyini və mühüm məqamı olduğunu bildirərək yazıb ki, müsəlmanların müqəddəs kitabı Quran-Kərimdə Həzrət Məryəmin adı məsihilərin müqəddəs kitabı olan İncildən daha çox qeyd olunmuşdur. Və bu müqəddəs xanım müsəlmanlar və məsihilər arasında mühüm əlaqələr yarada bilər.

Qəzet yazır: Həzrət Məryəm (ə) həm müsəlmanların və həm də məsihilərin arasında paklıq və iffət rəmzi və saleh əməl örnəyidir.

Məqalənin davamında deyilir: Müsəlmanlar arasında Məryəm və avropalılar arasında Mari (Mariya) kimi tanınan Həzrət Məryəmin (ə) İslam dinində xüsusi məqamı vardır və İslamın ilk günlərindən müsəlmanlar onu yaxşı tanıyırlar. Quran-Kərimdə onun xoşxəbəri almasından tutmuş, həyatının cüziyyatı, ona böhtan deyilməsi və Həzrəti İsanı (ə) Xurma ağacının altında dünyaya gətirməsinədək hamısı Quranda qeyd olunub. Quran-Kərim yəhudilərin Həzrət Məryəmə atdığı böhtanı şiddətlə rədd edir. Onun adı Quran-Kərimdə 34 dəfə, yəni İncildə qeyd olunandan daha çox keçmişdir. Quran-Kərimin 19-cu surəsinin adı Həzrət Məryəmin (ə) adını daşıyır. Quran-Kərimdə Həzrət Məryəmdən (s) başqa bir qadın bu qədər təriflənməmiş və müzakirə edilməmişdir.

Fransa Dinlər Universitetinin ustadı Milak Şebel deyir: İslam dinində Həzrət Məryəm (ə) Allahın anası sayılmır. Bu dinə görə Həzrət İsa (ə) peyğəmbərlərdən biridir və böyük məqamı vardır, amma Allah və ya Allahın oğlu deyildir.

http://iqna.ir/fa/news/3485453


Teqlər: quran ، iqna ، isa ، məryəm ، mari ، mariya ، incil ، tövrat
Ad:
E-poçt:
* Comment:
* captcha: