IQNA

Ayətullah Üzma Məzahiri:

Düşmənin bizim üzərimizdə dominantlığı ictimai fəsadın nəticəsidir

23:41 - April 09, 2016
Xəbər sayı: 3480316
Tehran, 09.04.2016 - Ayətullah Üzma Məzahiri: Düşmənin müsəlmanların üzərində dominantlığı, bir sıra ictimai problemlər və iqtisadi çətinliklər ictimai fəsadın və fəhşanın yayılmasının nəticəsidir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyoi): Şəbistan xəbər agentliyinin İsfahan bürosu müxbirinin verdiyi xəbərə görə, Ayətullah Üzma Hüseyn Məzahiri – İsfahan Elmi Dini Hövzəsinin rəsisi və şiələrin təqlid mərcələrindən biri, öz xüsusi əxlaq dərsində Novruz bayramında şiələrin bulaşdıqları günahlara işarə edərək dedi: İnsanların bir-biri ilə xoş rəftarı, sileyi-rəhm etməsi və qohumları yoxlaması, hamının bir-birinə təbrik deməsi, rabitələrin səmimiləşməsi hamısı yaxşı işlərdir, amma bu yaxşı işlər hicabsızlıq və naməhrəm kişi-qadın münasibətlərinin səmimiləşməsi və naməhrəmlərin bir-birinə qarışması ilə birgə olmamalıdır.

Ayətullah Üzma Hüseyn Məzahiri əlavə etdi: Əgər qohumları yoxlamaq və sileyhi-ərham etmək günah ilə yanaşı olmasa, insanlar üçün bərəkət gətirər. Əgər insanlar yaxşı və bərəkətli il istəyirlərsə, günahlardan uzaq olsunlar.

O dedi: Əgər ictimaiyyətdə günah çoxalarsa, ruzimiz və ömrümüzün bərəkəti azalar. Əgər bərəkət istəyiriksə, dinin zahir və batininə əməl etməliyik, zahiri və batini dindarlığı riayət etməliyik. Günah etməsək bərəkət çoxalar, göydən yağış yağar, quruluq olmaz.

İsfahan Elmi Dini Hövzəsinin rəsisi və şiələrin təqlid mərcəsi dedi: Düşmənlərin müsəlmanların üzərində dominantlığı və hökmdarlığı, bir sıra ictimai problemlər və iqtisadi çətinliklər ictimai fəsadın və fəhşanın yayılmasının nəticəsidir. İctimaiyyət günah edirsə, bunun nəticəsi bədbəxtlikdir. Bu problemlərdən qurtarmaq üçün insanlar əməllərini dəyişməlidir.

http://shabestan.ir/detail/News/534632


captcha