
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Mərkərzinin informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikası Türkiyədəki Mədəniyyət Mərkəzinin işçisi Əbdür-Riza Raşid həftənin 2-ci günü, Aprel ayının 11-də İstambul universiteti rəisi Məhmud Ak ilə görüş keçirib. İkitərəfli mədəni əlaqələrin müzakirəsi üçün keçirilən görüşdə "Mühəqqiq Ərdəbili Universiteti"nin tədqiqat üzrə müavini də iştirak edib.
Bu görüşdə iki ölkənin müxtəlif sahələrdəki kadrlarının ikitərəfli əlaqələrinin möhkəmlənməsində ifa edə biləcəkləri rollardan danışılıb və bu yöndə parlaq istedadların vəzifələri açıqlanıb.
Türkiyənin İstambul universiteti rəisi Məhmud Ak vurğulayıb: İran İslam Respublikası bizim tarixi qonşumuzdur. Quran və Peyğəmbər (s) sünnəsinə əsasən hər iki ölkənin rəsmiləri və vətəndaşları bir-birinə qarşı məsuldurlar və bir-birinin boynunda hüquqları vardır ki, bu hüquqlara əməl edilməlidir.
O əlavə etdi: İstambul universiteti üçün İslami ölkələr ilə əməkdaşlıq əhəmiyyətli və mühümdür. Və aydındır ki, İran İslam Respublikasının universitetləri bizim üçün xüsusi əhəmiyyətə malikdir.
Məhmud Ak dedi: Hər zaman və hər yerdə İran İslam Respublikası ilə mədəni və elmi əməkdaşlıq, əziz iranlılarla görüşlər keçirmək bizim üçün önəmli iş olmuşdur.
O, Səfəviyyə və Osmanlı zamanına işarə edərək dedi: Doğrudur ki, bir zaman iki ölkə arasında bəzi problemlər olub, amma elə yerində də bu problemlərin həlli üçün addım atılmışdır və bu da hər iki tərəfin əlaqələrin saxlanılmasında maraqlı olduğunu göstərir.
Qeyd edək ki, İstambum universiteti dünyanın 150 ölkəsindən 6 min tələbəyə özündə yer vermişdir. Hazırda isə bu universitetdə 216 min tələbə dərs oxuyur və 18 min personal bu universitetdə çalışırlar.
Görüşün sonunda isə İİR-nın İstambuldakı mədəniyyət mərkəzinin işçisi İstambul universiteti rəisinə mozaika ilə işlənmiş Quran hədiyyə etdi.
3487896