IQNA

Dinləri aşağılamaq beynəlxalq hüquq baxımından araşdırılacaq

10:58 - April 13, 2016
Xəbər sayı: 3480326
Tehran, 13.04.2016 – ISESCO hüquqi və məhkəmə məsələləri ekspertlərinin iştirakı ilə iclas keçirəcək. İclasın hədəfi dinləri aşağılamağın beynəlxalq hüquq baxımından araşdırılmasıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təlim, Mədəniyyət və Elm Təşkilatının informasiya və xəbər portalına istinadla verdiyi xəbərə görə, İSESCO (İslami Təlim, Mədəniyyət və Elm Təşkilatı) hüquqi və məhkəmə məsələləri ekspertlərinin iştirakı ilə iclas keçirəcək.

İclasın hədəfi Avropanın media, məhkəmələri və ictimaiyyətində millətlər və dinlərarası nifrətə təhrik etmək, irqi ayrı-seçkilik, dinləri aşağılamağın beynəlxalq hüquq baxımından araşdırılmasıdır.

Bu toplantı cari həftənin Cümə və şənbə günləri, Aprel ayının 15 və 16-da Belçikanın paytaxtı Bürekselin şəhərinin "Xent" rayonunda Belçikanın İslami İnkişaf və Tədqiqat Adakdemiyasının həmkarlığı ilə keçiriləcəkdir.

İslam və müsəlmanların qərb medialarında mənfi obraz kimi tanıtdırılmasının qarşısını almaq üçün keçirilən bu toplantı ilk dəfə 2013-cü ildən başlayaraq London, Fransa, Bürüksel və Almaniyanın Bon şəhərində keçirilmişdir.

Bu iclasın əsas proqramı iki yöndə olacaqdır: "Avropanın milli və dini azlıqların siyasi, hüquqi və mədəni haqlarını qorumaq üçün geniş qanunu" və "irqçiliyi və nifrətə təhriki qadağan edən Avropa qanunları". Bundan əlvaə "radikalizm və terrorçuluğun dini dəyərlərə zidd olması", "radikalizmin mədəni və elmi zərərləri", "dinləri və məzhəbləri aşağılamaq hüquq baxımından" və "dini cəmiyyətlər və təşkilatlar arasında əlaqələrin gücləndirilməsi" kimi məsələlər də bu iclasda müzakirə olunacaqdır.



Teqlər: isesco ، iqna ، irqçilik ، radikalizm
captcha