IQNA

Facebook-un rəisi Tarampın islamofob sözlərini məhkum etdi

10:57 - April 14, 2016
Xəbər sayı: 3480327
Tehran, 14.04.2016 – Mark Zuckerberg - "Facebook" sosial şəbəkəsinin icraçı müdiri, Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın anti-islam çıxışlarını tənqid və məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ekspress" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Mark Zuckerberg - "Facebook" sosial şəbəkəsinin icraçı müdiri, Amerikanın Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın anti-islam çıxışlarını və müsəlmanların Amerikaya girişinə qadağa qoyulması barədə sölərini tənqid və məhkum edib.

Cari həftənin 2-ci günü Mark Zuckerberg - "Facebook" sosial şəbəkəsinin icraçı müdiri, Amerikanın Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın adına işarə etmədən onun anti-islam çıxışlarını və müsəlmanların Amerikaya girişinə qadağa qoyulması barədə sölərini tənqid və məhkum deyib: Mən nigaranedici səslər və sözlər eşidirəm ki, digərləri ilə özləri arasında maneələr və fasilələr yaratmaqdan danışırlar.

Mark Zuckerberg - "Facebook" sosial şəbəkəsinin icraçı müdiri, Donald Trampın anti-miqrant sözlərini tənqid edərək dedi: Müharibədən qaçaraq sığınacaq axtaran bir miqranta xoşgəldin demək şücaət istəyir.

Qeyd edək ki, Amerikanın Respublikaçılar partiyasının prezidentliyə namizədlərindən biri Donald Tramp prezidentliyə namizdələrin təbliğat çıxışları zamanı öz çıxışlarında müsəlmanların Amerikaya girişinin qadağan olunmasını istəmişdi. Bunun isə terroristlərin ölkəsinə girişinin qarşısını almaq üçün lazım olduğunu demişdi.

Onun bu islamofob çıxışı müsəlmanların və bir-çox qeyri-müsəlmanların etirazı ilə qarşılanmışdı.

http://iqna.ir/fa/news/3488234


Teqlər: mark ، zukerberq ، facebook ، iqna
captcha