Tehran, 16.04.2016 – Səma Babayi - İranlı "qəlbinur" Quran hafizəsi xanım, İordaniyanın xanımlar arasında beynəlxalq Quran yarışlarının 11-ci turunda Quran-Kərimin hifzi üzrə birinci yeri qazandı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər
Agentliyi) verdiyi xəbərə görə, Səma Babayi - İranlı "qəlbinur"
xanım, İordaniyanın xanımlar arasında "əl-Haşimi" beynəlxalq Quran
yarışlarının 11-ci turunda Quran-Kərimin hifzi üzrə birinci yeri qazandı.
Göz əlili olan Səma Babayi -
İranlı "qəlbinur" Quran hafizəsi xanım, İQNA ilə müsahibəsində dedi:
İordaniyanın xanımlar arasında beynəlxalq Quran yarışlarının 11-ci turunun
yekun mərasimi cari həftənin cüməaxşamı günü (14.04.2016) İordaniyanın paytaxtı
Oman şəhərində keçirildi.
O əlavə etdi: Bu mərasimdə
İordaniyanın baş naziri, İran səfirliyinin işçiləri, həmçinin İran səfirinin
xanımı iştirak edirdilər.
Səma Babayi -
"qəlbinur" Quran hafizəsi xanım, dedi: Nəticələrin elanı zamanı məni
Quran hifzi üzrə birinci yerin qalibi elan etdilər və həmçinin qalan yerləri
Bəhreyn, Qətər, Fələstin və Mavritaniyadan olan iştirakçılar bölüşdülər.
O dedi: Bu qələbəni Allahın,
Quranın, Əhl-beytin (ə) lütfü, anamın və dostların xeyir-duasının nəticəsi
olaraq əldə etdim.
Bu yarışların hakimliyi Livan,
Mərakeş və İordaniyadan olan beynəlxalq hakimlərin öhdəsinə qoyulmuşdu.
İQNA-nın məlumatına görə, Səma
Babayi Quran hafizəsidir. Onun gözləri görmür. Tehran sakinidir. İranın 38-ci
milli Quran yarışlarında Quranın kamil hifzi üzrə beynəlxalq Quran yarışlarında
iştirak etmək üçün vəsiqə qazanmışdı.
Qeyd edək ki, İranda gözdən əlil
olanlara hörmət əlaməti olaraq "kor" sözü istifadə edilmir, bu sözün
yerinə "rövşəndel" (ürəyi işıqlı) kəlməsindən istifadə edilir ki,
Azəri dilində "qəlbinur" deməkdir, yəni onlar baş gözü ilə görməsələr
də ürək və qəlb gözü ilə duyur və görürlər.