IQNA

Livan alimləri:

İstambul iclası İslam ümməti arasındakı boşluğu çoxaltdı

15:45 - April 17, 2016
Xəbər sayı: 3480334
Tehran, 17.04.2016 – Livan Müsəlman Alimləri Birliyi vurğuladı ki, İƏT-in İstambuldakı iclası İslam ümməti arasında daha çox boşluq və təfriqənin yaranmasına səbəb oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Livan Müsəlman Alimləri Birliyi vurğuladı ki, İƏT-in İstambuldakı iclası İslam ümməti arasında daha çox boşluq və təfriqənin yaranmasına səbəb oldu.

Livan Müsəlman Alimləri Birliyi qeyd edib ki, İslami Həmkarlıq Təşkilatının (İƏT) İstambuldakı "hakim fəzasını" və bu iclasda emal olunmuş təzyiqləri məkhum etdi.

Müsəlman Alimləri Birliyi bəyaniyyə yayaraq vurğuladı ki, İslam ümmətinin vəziyyətinin bu yerə gəlib çatmasına ki, Fələstin üçün bir qərar qəbul edə bilmir və buna gücü çatmır, çox təəssüf edirik.

Bu bəyaniyyədə deyilir: Biz gözləmirdik ki, İslami Həmkarlıq Təşkilatı (İƏT) İslam ümmətinin və İslami ölkələrin belə çətin bir durumunda təzyiq və təhdidlərə mütənasib bir qərar qəbul etsin, amma bununla belə öz yersiz qərarları ilə İslam ümmətinin övladları arasında boşluq və ayrıntı yaratmamalı, təfriqəni gücləndirməməli və müsəlmanları partiyalara, məzhəblərə və tayfalara bölməməli idi.

Livan Müsəlman Alimləri Birliyi bəyaniyyədə Yəmən əleyhinə zalimanə müharibənin sona çatmasını, bu məsələnin siyasi yolla və xalqın iştirakı ilə həll olunmasını tələb etdi.

http://iqna.ir/fa/news/3488834


Teqlər: livan ، türkiyə ، iət ، iqna
captcha