IQNA

İrlandiyada Quran-Kərimin İrana aid qədim və nadir nüsxəsi sərgiləndi

16:02 - April 17, 2016
Xəbər sayı: 3480335
Tehran, 17.04.2016 – İİR-nın nadir, qiymətli və qədimi əsərlərindən olan "Qurane-Ruzbəhan" nüsxəsi İrlandiyanın "Dublin" şəhərinin "Çesterbiti" kitabxanasında sərgiyə qoyuldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İrish Times" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İİR-nın nadir, qiymətli və qədimi əsərlərindən olan "Qurane-Ruzbəhan" nüsxəsi İrlandiyanın "Dublin" şəhərinin "Çesterbiti" kitabxanasında sərgiyə qoyuldu.

Quran-Kərimin bu nadir və qədimi nüsxəsi İrlandiyanın "Lacivərd və Qızıl: Ruzbehan Quranının dastanı" adlı sərgidə nümayiş etdirilir. İrlandiyanın prezidenti Maykl Higenz bu həftənin cüməaxşamı günü bu sərginin rəsmi açılışında iştirak edib.

"Qurane-Ruzbehan" miladi ilə 16-cı əsrin ortalarında (10-cu hirci-qəməri əsri) Ruzbehan Məhəmməd Təbəi Şirazi adlı bir iranlı sənətkarın vasitəsilə yazılıb. O, İslami incəsənət sahəsində dövrünün məşhur xəttatlarından olub.

Dövrümüzdə "Qurane-Ruzbehan" nüsxələrindən təkcə beş ədəd qalmışdır ki, bunlardan biri də 1953-cü ildən İrlandiyanın "Dublin" şəhərinin "Çester biti" (Chester Beatty Library) kitabxanasında saxlanılır. Bu nüsxə 2012-ci ildə təzələnmiş və təmir edilmişdir.

http://iqna.ir/fa/news/3488887


captcha