IQNA

Xorvatiyada İslamın rəsmi din olaraq tanınmasının ildönümü

20:12 - April 18, 2016
Xəbər sayı: 3480338
Tehran, 18.04.2016 – Xorvatiyada İslamın rəsmi din olaraq qəbul edilməsinin 100-cü il dönümü münasibəti ilə Zaqreb şəhərində konfrans keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam Mədəniyyəti və Beynəlxalq Əlaqələr Təşkilatının informasiya və xəbər portalına istinadla verdiyi xəbərə görə, Xorvatiyada İslamın rəsmi din olaraq qəbul edilməsinin 100-cü il dönümü münasibəti ilə Zaqreb şəhərində konfrans keçirilir. "Avropa İslam Cəmiyyətlərinin Rəhbəri" adı ilə keçirilən bu konfransda Ayətullah Məhəmməd Əli Təsxiri də çıxış edəcəkdir.

Xorvatiyanın ana yasasında İslam dininin rəsmi din olaraq qəbul edilməsinin 100-cü il dönümü münasibəti ilə Aprel ayının 27 və 28-də keçiriləcək "Avropa İslam Cəmiyyətlərinin Rəhbəri" adlı konfransda İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamene cənablarının beynəlxalq işlər üzrə məsləhətçisi Ayətullah Məhəmməd Əli Təsxiri, Xorvatiya prezidenti, Türkiyə prezidenti, Bosniya prezidentlik şurasının üzvləri və Avropanın dini cəmiyyətlərinin sədrləri iştirak edəcəklər.

"Avropa İslam Cəmiyyətlərinin Rəhbəri" konfransı Aprel ayının 27 və 28-də Zaqreb şəhərinin Milli Teatr binasında keçiriləcəkdir.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamene cənablarının beynəlxalq işlər üzrə məsləhətçisi Ayətullah Məhəmməd Əli Təsxiri bu konfrans çərçivəsində Zilatko Həsənbəyoviç (Xorvatiyanın mədəniyyət naziri), Əziz Həsənoviç (İslam Mərkəzinin rəisi) və Xorvatiyanın böyük kardinalı ilə görüşlər keçirəcəkdir.

Həmçinin bu konfransın haşiyəsində "elm və dinin insan həyatında rolu" seminarı, "Xorvatiya müsəlmanlarının ensklopediyası"nın açılış mərasimi keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3489751


captcha