İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Deyli Səbah" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhərində İslam və Türk incəsənət muzeyində "Möcüzə kitabının hüsnxətti: Kufi xətti" adı ilə Quran hüsnxətt sərgisi açılıb.
Cari ilin may ayının 10-dək davam edəcək bu sərgidə Quran-Kərimin müxtəlif nüsxələrində olan özəl hüsnxətt nümunələri nümayiş etdiriləcəkdir.
Bu sərgidə əsasən Quran-Kərimin Kufi xətti ilə yazılmış hüsnxətt nümunələri nümayiş edilir və bu nüsxələrin ərsəyə gəlməsində və İslami yazı üslubunun yaranmasında İspan İslam Mədəniyyətinin təsiri insanlara aşılanır.
Sərgidə qədim Quran nüsxələri, Məğribi xətti ilə yazılmış hüsnxətt nümunələri və qədim dini təsvirlər vitrinə qoyulmuşdur.
Bu sərgi incəsənət adamlarına füsrət yaradır ki, gözəl hüsnxətt nümunələrini gösrünlər və İslami İspaniyada yazılmış və yazılma tarixi üç yüz ildən çox olan hüsnxətt nüsxələri ilə tanış olsunlar. Bu nüsxələr əksərən miladın 11-ci və 12-ci əsrlərinə aiddir.
İspaniyanın hüsnxətt ustadları Quran-Kərimin ilk nüsxələrini Kufi xəttinin bir növü olan Məğribi xətti ilə yazırdılar.
Bu sərgi Türkiyənin İslami Mədəniyyət və İncəsənət Təşkilatı tərəfindən keçirilir.
http://iqna.ir/fa/news/3490471