İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Küveyt Mükafatı" beynəlxalq Quran yarışlarının 17-ci turunun hifz, qiraət və təcvid üzrə qalibləri elan olundu bu gün səhər, 20.04.2016-cı il tarixində elan olundu.
İbrahim Fəllah Təbəssüm Çöhrə - İran İslam Respublikasının tanınmış qarisi, bu yarışlarda Quran-Kərimin peşəkar qiraəti üzrə iştirak edirdi.
O, İQNA ilə müsahibəsində Quran-Kərimin "Həsfin Asimdən rəvayəti"nə əsasən yarışlarında qiraət və hifz üzrə qalib olanların adlarını açıqladı.
Bu yarışların nəticəsinə görə, İbrahim Fəllah Təbəssüm Çöhrə - İran İslam Respublikasının tanınmış qarisi, Küveyt Mükafatı" beynəlxalq Quran yarışlarının 17-ci turunda Quranın peşəkar qiraəti üzrə 3-cü yeri qazana bilmişdir.
İran İslam Respublikasının bu yarışlarda iştirak edən digər nümayəndəsi Məhəmməd Məhmudi isə iştirak etdiyi yeniyetmələrin Quran Hifzi müsabiqəsində heç bir yeri qazana bilməmişdir.
Bu yarışların yekun mərasimi bu gün səhər Küveytin əmiri Səbah Əhməd Cabir Səbahın və İİR-nın Küveytdəki səfiri Əlirza İnayətinin iştirakı ilə keçirildi.
http://iqna.ir/fa/news/3490524