IQNA

Camaat imamı Quranı səhv oxuduğu üçün qətlə yetirildi

12:56 - April 22, 2016
Xəbər sayı: 3480352
Tehran, 22.04.2016 – Misirin Mənsurə şəhərinin vətəndaşı Ər-Rəhmət məscidinin imamını namaz qılarkən Quranı yanlış tilavət etməkdə müttəhim edərək qətlə yetirdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misri əl-yəvm" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin Mənsurə şəhərinin vətəndaşı Quluncil məntəqsində yerləşən "Ər-Rəhmət" məscidinin imamını namaz qılarkən Quranı yanlış tilavət etməkdə müttəhim edərək əvvəl onu kötəkləmiş, üzünə şillə vurmuş və sonra isə qətlə yetirmişdir.

Dehqəliyyə əyalətinin təhlükəsizlik idarəsinin rəisi Asim Həmzə bu barədə deyib: Əbdül-Həmid kişinin 64 yaşı var idi, təqaüdə çıxmış işçi idi və Mənsurə şəhərinin Quluncil məntəqsində yerləşən "Ər-Rəhmət" məscidində imam camaatlıq edirdi.

O əlavə etdi: Əbdül-Həmid kişi namazda bəzi Quran ayələrini yanlış tələffüz etmiş və bu məsələ onun Xəttab X. adlı biri tərəfindən döyülməsinə və öldürülməsinə səbəb olmuşdur.

http://iqna.ir/fa/news/3490914


Teqlər: iqna ، imam ، imam cümə ، imam camaat
captcha