İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misri əl-yəvm" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin Mənsurə şəhərinin vətəndaşı Quluncil məntəqsində yerləşən "Ər-Rəhmət" məscidinin imamını namaz qılarkən Quranı yanlış tilavət etməkdə müttəhim edərək əvvəl onu kötəkləmiş, üzünə şillə vurmuş və sonra isə qətlə yetirmişdir.
Dehqəliyyə əyalətinin təhlükəsizlik idarəsinin rəisi Asim Həmzə bu barədə deyib: Əbdül-Həmid kişinin 64 yaşı var idi, təqaüdə çıxmış işçi idi və Mənsurə şəhərinin Quluncil məntəqsində yerləşən "Ər-Rəhmət" məscidində imam camaatlıq edirdi.
O əlavə etdi: Əbdül-Həmid kişi namazda bəzi Quran ayələrini yanlış tələffüz etmiş və bu məsələ onun Xəttab X. adlı biri tərəfindən döyülməsinə və öldürülməsinə səbəb olmuşdur.
http://iqna.ir/fa/news/3490914