İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): İngiltərə İndoneziyada Beynəlxalq İslam Akademiyası yaradaraq 2014-cü ildə "OXFORD" universitetinin beynəlxalq departamentində başlatdığı İslam dünyasında "İslami mərcəiyyət sistemini dəyişmək" (CSİA) layihəsi yönündə yeni faza yaratdı.
İslami Mədəniyyət və Sivilzasiya Tarixi üzrə professor Dr. Əli Əkbər Ziyayi – İranın Malaziyadakı Mədəniyyət İdarəsinin rəisi, İQNA-ya göndərdiyi yaddaştlarında yazır: İngiltərə İslam dünyasında dini mərcəiyyət sistemini dəyişmək üçün planlar hazırlayıb. İngiltərə keçən iki əsr boyunca Şərq və Qərbdə dünyanın müxtəlif ərazilərini hərtərəfli mütaliə edərək öz müstəmərəsini genişləndirmək planı hazırladı. Elə bu yöndə İslam dünyasının müxtəlif ərazilərinə şəqşünas və İslamşünaslar göndərməyə başladı ki, öz müstəmərəsini dünyada həm maddi və həm də mənəvi baxımdan genişləndirəs bilsin. Şərqşünaslıq kürsüləri bu ölkənin müxtəlif elm ocaqlarında İngiltərənin milli mənafeini qorumağa xidmət edirdi. İngilislər Orta Şərqi və İslam dünyasının böyük bir hissəsini şərqşünasların əli ilə öz siyasətlərinin oyun meydanına çevirdilər...
Onlar İslam dünyasında yerli muzdurlar yaratmış və onların əli ilə həm dini radikalizm və təkfirçiliyi genişləndirmiş və həm də İslami rəhbərliyi və dini mərcə mərkəzlilik sistemini sıradan çıxmağa çalışmışlar.
Onlar bir çox İslami cərəyanları öz mənfətləri yönündə idarə edə bilmişlər.
Əhl-Sünnə və sələfilərin ifratçı və təkfirçi alimləri və şiələrin çörəyi Londondan çıxan "ayətullah"ları İngilislərin hərbi və siyasi hədəflərini təmin etməkdə ən yaxşı tikə olublar...
İngilislər öz imperiyalarını genişləndirmək məqsədi ilə İndoneziyada Beynəlxalq İslam Akademiyası yaradaraq 2014-cü ildə "OXFORD" universitetinin beynəlxalq departamentində ODID ixtisari adla başlatdığı İslam dünyasında "İslami mərcəiyyət sistemini dəyişmək" (CSİA = Changing Structure of Islamic Authority) 5 illik layihəsi yönündə yeni faza yaratdı.
İngiltərə müsəlmanları dini mərcəyə tabe olmaq sistemindən çıxardaraq öz hədəfləri yönündə istifadə etmək üçün "dini düşüncə və dinə əməl etməkdə azadlıq" adı ilə yeni hiylədən istifadə edirlər.
ODİD (The Oxford Department of International Development) – "Oksfordun beynəlxalq inkişaf departamenti"nin hədəfi və əsas işi müsəlmanlar arasında iqtisadi, ticari və kapital baxımdan dəyişkənliyi, qüdrətsizliyi, yoxsulluğu, irqçiliyi, məzhəbçiliyi, təkfirçiliyi, təhlükəsizliyi, müharibə şəraitini, miqrantları, ətraf mühiti, beynəlxalq əlaqələri, uşaqlar, cəmiyyət artımı, ictimai və siyasi dəyişiklikləri mütaliə edib, araşdırmaqdır.
Oksforda bu məsələ ilə bağlı 70-dən çox alim, 200-də çox doktorant tələbə var və onları bu işdə altıdan çox beynəlxalq şirkətlər maliyyə baxımdan dəstəkləyir və himayə edir.
Oksfordun bu hissəsinə "Mələkə Yelizavetin mənzili" deyilir ki, 1954-cü ildə təsis edilmişdir.
http://iqna.ir/fa/news/3491262