IQNA

Amerikanın "Rew Research Center" müəssisəsi:

Məzhəbi ailələr daha şad və səmimidirlər

8:00 - April 26, 2016
Xəbər sayı: 3480373
Tehran, 26.04.2016 – Amerikanın "Rew Research Center" müəssisəsinin arayışlarının nəticəsi göstərib ki, məzhəbi ailələr daha şad və səmimidirlər və ailə birgə keçirmək üçün daha çox vaxt ayırırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Religion News" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın "Rew Research Center" müəssisəsinin "amerikalıların gündəlik həyatında dinin müxtəlif təsirləri" adlı son arayışlarının nəticəsi göstərib ki, məzhəbi ailələr daha şad və daha səmimidirlər və ailə birgə keçirmək üçün daha çox vaxt ayırırlar.

Amerikanın "Rew Research Center" müəssisəsinin "amerikalıların gündəlik həyatında dinin müxtəlif təsirləri" adlı arayışın nəticəsi göstərib ki: Dərin məzhəbi etiqada malik insanlar vaxtlarını daha çox ailələri ilə keçirirlər, ehtiyaclı insanlara kömək edirlər, həmişə şaddırlar, depresiyada deyildirlər və həmişə öz həyatlarından razıdırlar.

Bu arayış bəlli edib ki, məzhəbçi, azməzhəbçi və qeyri-məzhəbçilər arasında həyat müxtəlif sahələrində, o cümlədən fərdi rəftarlar, sağlamlıq, psixologiya, fiziki qüsursuzluq, ictimai agahlıq, mühitə alışqanlıq və s... elə də ciddi fərqlər yoxdur.

Arayışa əsasən Amerikanın məzhəbçi insanlarının 75%-i keçən həftə ərzində ən azı bir dəfə Allaha şükür ediblər. Onların üçdən ikisi Allahdan kömək istəyiblər. Qeyri-məzhəbilərin isə təkcə üçdən biri Allaha şükür edib və 25%-i isə Allahdan kömək istəyiblər. Həmçinin məzhəbi ailələrin 50%-i ayda bir-iki dəfə ailədə din barədə söhbət edirlər və 33% insanlar isə ailədən kənarda da din barədə söhbətlər edirlər.

Bu araşdırmaq göstərib ki, katoliklərin əksəriyyəti problemlərinin həlli üçün ağıla müraciət edirlər və çox az bir hissəsi kilisəyə gedirlər.

http://iqna.ir/fa/news/3491512


captcha