İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "ən-Nəhar" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Mariya İslam İngiltərənin ən kiçikyaşlı Quran-Kərim hafizəsidir, onun 8 yaşı var və bütün Quranı düzgün qiraət ilə əzbər bilir.
Mariya İslam İngiltərənin ən kiçikyaşlı Quran-Kərim hafizəsi, bu barədə deyir: Mən müsəlman bir ailənin üzvi olaraq Quran-Kərimi düzgün qiraət etməyi, tilavətini öyrənməyi və əzbərləməyi özümə lazım bilirəm.
Qəzetin məlumatında deyilir ki, Mariya İslam hələ 5 yaşında ikən Quran-Kərimi hifz etməyə və əzbərləməyə başlayıb və hazırdakı 8 yaşı var bütün Quranı əzbərdən bilir.
Mariya İslamın Facebook sosial şəbəkəsində şəxsi səhifəsi mövcuddur və bu səhifəsində 6 min nəfər izləyicisi vardır.
Onun anası qızının bu istedadından istifadə edərək Quran-Kərim hifzi kompaniyaları keçiri və burada yığılan pullar ilə Suriyalı qaçqınlara kömək edirlər.
http://iqna.ir/fa/news/3493076