IQNA

Bəhreyn rejimi zorakılığı davam etdirir: siyasi həbslər artmaqdadır

13:26 - May 02, 2016
Xəbər sayı: 3480403
Tehran, 02.05.2016 – Bəhreyndə rejimə etiraz edən vətəndaşlara qarşı zorakılıqlar davam edir.
Bəhreyn rejimi zorakılığı davam etdirir: siyasi həbslər artmaqdadır

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri-a istinadla verdiyi xəbərə görə, Bəhreyn ağır cinayətlər məhkəməsi dünən 3 nəfəri partlayış törətməkdə ittiham edərək 15 il azadlıqdan məhrum edib.

Bundan əlavə daha4 nəfər polis bölməsini yandırmaqda ittiham olunaraq 15 il həbsə məhkum ediliblər.

Qeyd edək ki, bir neçə gün öncə 22 nəfər də polis bölməsini yandırmaqda ittiham olunaraq 15 il azadlıqdan məhrum edilib.

Bəhreyndə 5 ildir xalq hakimiyyətdən islahatların aparılasını, yerli əhaliyə yad münasibət sərgilənməsinə son qoyulmasını, ölkə telekanallarında və mətbuatına Əhli-beyt və ardıcılllarının təhqir edilməsinə son qoyulmasını, siyasi məhbusları və din alimlərini həbsdən azad edilməsini tələb edərək dinc aksiyalar keçirirlər.

Bəhreynin Ali Xəlifə rejimi isə xalqın tələblərini kobud şəkil pozur və xalqın etiraz səsini boğmaq üçün hətta Afrika ölkələrindən gətirilmiş muzdlu əsgərlərdən istifadə edir. Hazırda Bəhreydə 200-dən çox siyasi məhbus var. Bəhreynin "Əl Vəfaq" partiyasının sədri ilahiyyatçı Şeyx Əli Salman da bu siyahıda yer alır.

Teqlər: bahreyn ، rejimi ، zorakılıq ، siyasi ، həbs
captcha