IQNA

İŞİD Bağdaddakı terrorun məsuliyyətini öz üzərinə götürdü

8:55 - May 03, 2016
Xəbər sayı: 3480404
Tehran, 03.05.2016 – Terrorçuların bəyanatına əsasən, terroru partlayıcı qurğu ilə doldurulmuş maşını idarə edən terrorçu-kamikadze törədib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri agentliyinə istinadən verdiyi xəbərə görə,  Bağdadın cənubunda Saydiyə rayonunda 18 nəfərin dünyasını dəyişməsinə səbəb olmuş terror aktının məsulliyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Terrorçuların bəyanatına əsasən, terroru mina ilə doldurulmuş maşını idarə edən terrorçu-kamikadze törədib. Bağdad polisinin mətbuat rəsmisi Saad Maan da analoji versiya ilə çıxış etmişdi. Hökümət daha sonra, kamikadzenin iştirakını inkar ediblər.

Polis əməkdaşının agentliyə verdiyi məlumata əsasən, hadisə nəticəsində 18 nəfər həyatını itirib, və azı 45 nəfər də müxtəlif xəsarətlər alıb.

Xatırladaq ki, analoji hücum şənbə günü Bağdaddan şərqdə yerləşən Nəhrəvan rayonunda baş verib. Həmən hadisədə də zəvvarlar hədəf olaraq seçilmişdi. Bazar günü isə, ölkənin cənubunda şiələrin yaşadığı əs-Səmava şəhərində (qeyd – bu şəhər daha əvvəllər sakit şəhər bilinirdi) 2 terror hadisəsi baş verib. Hücumların məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

 


captcha