IQNA

Bosniyanın Fərhadiyya məscidi dünən yenidən istifadəyə verdildi

6:57 - May 08, 2016
Xəbər sayı: 3480424
Tehran, 08.05.2016 – Bosniyanın ən qədim məscidlərindən biri sayılan "Fərhadiyyə məscidi" 15 il rekonstruksiya və təmir işlərinə dayandıqdan sonra dünən yenidən istifadyə verdildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin "yeni şəfəq" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Bosniyanın ən qədim məscidlərindən biri sayılan "Fərhadiyyə məscidi" 15 il rekonstruksiya və təmir işlərinə dayandıqdan sonra dünən, 07 May 2016-cı il tarixində yenidən istifadyə verdildi.

Miladın 16-cı əsrinin ikinci yarəsənda tikilmiş, Bosniyanın ən qədim məscidlərindən və İslami memarlıq nümunələrindən biri olan bu məscid 1993-cü ilin müharibəsində serblər tərəfindən dinamitlər partladılaraq ciddi xəsarətlər almışdı və 23 il idi ki, istifadə olunmurdu. Müharibədən sonra isə 15 illik təmirdən sonra yenidən namazqılanların istifadəsinə verdildi.

Baniyaluka şəhərində yerləşən bu qədimi məscidin ilk dəfə 2001-ci ildə "Bosniya və Herzeqoviniya İslami İttihad Cəmiyyəti" tərəfindən təmir işləri başladılsa da yetərli maddi imkanlar olmadığı üçün çox keçmədən təmir işləri dayandırıldı.

Türkiyənin "Əməkdaşlıq və Koordinasiya Agentliyi" bu məscidin təmiri işlərini 2014-cü ildə yenidən başladı və iki il keçdikdən sonra Türkiyə baş naziri Əhməd Davudoğlu, Türkiyə Diyanət İşləri Təşkilatı rəisi Məhəmməd Görməz, Bosniya və Hezegoviniya Riyasət Heyətinin rəisi Baqir İzzət Bəyoviç və Bosniyanın serb prezidenti Lilorad Dudikin iştirakı ilə keçirlən açılış mərasimindən sonra müsəlmanların istifadəsinə verildi.

Qeyd edək ki, Bosniyanın 1993-cü ildəki savaşı zamanı 832 məscid və ibadət ocağı, 69 Quran-Kərim təlimi mərkəzi, 37 türbə və 405 dini-tarixi miras dağıdılmışdır.


http://iqna.ir/fa/news/3495558




captcha