IQNA

Amerikanın İndiyana əyalətində Quran sərgisi

11:58 - May 14, 2016
Xəbər sayı: 3480451
Tehran, 14.05.2016 – Amerikanın İndiana şəhərinin Greenwood şəhərinin ümumi kitabxanası bu gün, 14 may 2016-cı il Quran-Kərim sərgisinə evsahibliyi edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Daily Journal" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın İndiana şəhərinin Greenwood şəhərinin ümumi kitabxanası bu gün, 14 may 2016-cı il Quran-Kərim sərgisinə evsahibliyi edir.

Bu sərginin hədəfi İslam maarifini bu regionda yaşayan insanlara çatdırmaq, İslam və dünyanın digər böyük dinləri arasında olan müştərək dəyər və inancları tanıtmaqdır.

İslam maarifi barədə məlumat əldə etməkdə insanlara köməkçi olmaq, İslam barədə insanların zehnində olan yanlış və mənfi təsəvvürləri islah etmək və yanlış və ifratçı təəssübkeşliyi insanlardan kənarlaşdırmaq da bu sərginin hədəflərindən sayılır.

Bu sərgi 2016-cı ilin Quran-Kərim, müsəlmanlar və İslam dini ilə tanışlıq layihəsi çərçivəsində keçirilir. Bu layihə Amerikanın 60 şəhərində keçiriləcəkdir.

Bundan öncə də ABŞ-ın bir sıra şəhərlərinin ümumi kitabxanalarında Quran sərgiləri keçirilmişdir və gələcəkdə də keçiriləcəyi planlaşdırılır.

Teqlər: iqna ، quran ، quran sərgisi
captcha