İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Xilaskar İsa" kilsəsi Rusiyanın ən qədim kilsələrindən biridir ki, paytaxt Moskvada Kreml sarayının yaxınlığında yerləşir.
Abbas Xaməyar – İslami Əlaqələr və Mədəniyyət Təşkilatının beynəlxalq məsələlər üzrə müavini, bu kilsəni ziyarət edərək kilsə barədə məlumatları qələmə almış və redaksiyamıza göndərmişdir. O yazır:
"Dünən, həftənin bazar günü, Həzrət İmam Mehdinin (ə.f) doğum günündə, təsadüfən mənim və İranın Moskvadakı Mədəniyyət İşçilərindən olan həmkarlarımın yolu Rusiyanın "Xilaskar İsa" kilsəsinə düşdü. Kremlin yaxınlığında yerləşən bu kilsənin maraqlı macərası vardır. Belə ki, I Aleksandr 1812-ci il həlledici bir döyüşdə Napaleonu məğlub etdikdən sonra qərara alır ki, bu qələbə münasibəti ilə bir kilsə tikdirsin. Kilsənin tikilişi 1839-cu ildə başlayır və 1883-cü ilə başa çatır. Binasının hündürlüyü 103/5 metr və günbəzinin diametri 25/5 metr olan bu kilsə 10 min nəfər ziyarətçini qarşılamaq və yer vermək genişliyində idi.
Amma SSR-ı qurulduqdan sonra Stalin anti-din siyasətləri yönündə 1931-ci ilin dekabr ayında bu kilsəni yerlə yeksan edir və yerində Moskvanın siyasi, ictimai mərkəzi olacaq və həmçinin sosializm dövrünün əzəmətli xatirəsinə çeviriləcək SSR Ali Şura Sarayı tikdirmək qərarını verir. Plana görə bu bina 400 metr hündürlüyündə tikiləcək və Lenin 100 metlik heykəli də onun üzərinə yerləşdiriləcəkdi. 1937-ci ildə binanın tikilişinə başlanıldı. Amma 2-ci dünya müharibəsinin başlaması ilə işlər dayandırıldı. Müharibədən sonra Stalinin ölümü ilə bu sarayın da tikilməsi ləğv edildi. Komunist hakimiyyətinin süqutundan sonra isə Moskvanın meri bu tarixi kilsəni yenidən bərpa elətdirmək fikrinə düşür. Buna görə 1992-ci ildə kilsənin tikilişi yenidən gündəmə gəlir və binanın bünövrəsi qoyulur. Köhnə kilsənin yerində çox keçmədən yenidən köhnəsinə oxşar yeni kilsə tikilir.
İndi bu kilsədə Ortodoks məsihilər mərasim keçirirlər. Bu günki bazar günü mərasimində diqqətimizi çəkən maraqlı məqam isə bu oldu ki, kilsənin divarında qırmızı rəngdə bir tabloda yazır: "İsa (ə) qayıdacaqdır". Doğrudur, biz də deyirik ki, Həzrət İsa (ə) qayıdacaqdır, amma bəşəriyyətin xilaskarı Həzrət İmam Mehdinin (ə.f) fərmanı altında olacaqdır.
http://iqna.ir/fa/news/3500343