IQNA

Müsəlmanlar kasıb xristian qonşuları üçün kilsə tikdilər

10:04 - June 11, 2016
Xəbər sayı: 3480543
Tehran, 11.06.2016 - Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətində müsəlman kəndin sakinləri kasıb xristian qonşuları üçün kilsə inşa ediblər.

Müsəlmanlar kasıb xristian qonşuları üçün kilsə tikdilər


IQNA - Pasxa bayramından əvvəl inşasına başlanılan kilsə Feysəlabad şəhərinin kəndlərindən birində tikilib.

Kənddəki keşiş Əftab Ceyms kənddə 20 xristian ailənin olduğunu, lakin indiyədək ibadət üçün kilsənin olmadığını və müsəlman qonşularına dərin təşəkkürünü bildirdiyini söyləyib.

O, bildirib ki, müsəlmanlar tərəfindən inşa edilən kilsə onlara böyük hədiyyədir. Qeyd edək ki, xristianlar Pakistan əhalisinin təxminən 3%-ni təşkil edir.(maide.az)

Teqlər: müsəlmanlar ، xristian ، kilse
captcha