IQNA

Hansı ölkədə müsəlmanlara qarşı daha pis davranırlar?

16:10 - July 13, 2016
Xəbər sayı: 3480605
Tehran, 13.07.2016 – Avropada hər zaman müsəlmanlara qarşı münasibət yaxşı olmayıb, lakin son 1 il ərzində islamofobiya ilə bağlı vəziyyət nəzərə çarpacaq qədər pisləşib.


Hansı ölkədə müsəlmanlara qarşı daha pis davranırlar?


IQNA - Bunu "Pew” araşdırma mərkəzinin keçirdiyi son sorğunun nəticələri göstərib.

2016-cı ildə Böyük Britaniyada müsəlmanlara qarşı pis yanaşan insanların sayı 2015-ci ilə nisbətdə 9 faiz artaraq 28, İspaniya və İtaliyada isə bu göstərici müvafiq olaraq 50 və 69 faizə çatıb. Müsəlmanlara ən pis münasibət isə Macarıstandadır, belə ki, burada əhalinin 72 faizi islamofob baxış bucağına sahibdir.

Araşdırılmış 10 ölkə arasında ortalama olaraq 59 faiz əhali hesab edir ki, qaçqın axını terror aktlarının tez-tez baş verməsinə səbəb olacaq.

Macarıstanda müsahiblərin 76 faizi qaçqınları birbaşa olaraq terrorizmlə əlaqləndiriblər, Polşa əhalisinin isə 71 faizi bu cür düşünür.

Avropada qaçqınları terrorla əlaqələndirən əhalinin ən az olduğu ölkə isə İspaniyadır – 40%.

London institutlarının birinin dosenti və "Avropanın müsəlmanları: "qeyri” avropalılar” kitabının müəllifi X.A. Xellyerin fikrincə, dünya siyasi arenasında anti-müsəlman ritorikasının hansı miqyas aldığını nəzərə alsaq görərik ki, sorğunun nəticələri təəccüblü deyil. (İslamazeri).

captcha