IQNA - Misirin
"Əl Əzhər” universitetinin şeyxi Əhməd Təyyib, sünnü və şiə ruhanilərinə səslənərək
bildirib: "Sünnilərin şiələr, şiələrin isə sünnülər tərəfindən öldürülməsinə
qarşı fətva verməmək zəruridir. Müsəlmanların bir-birilərini öldürməyinin
qarşısı dərhal alınmalıdır. "Əl Əzhər” olaraq məzhəblərin yaxınlaşmasının daima
tərəfdarı olmuşuq. Bu mövzu bizim üçün çox önəmlidir. Şiə və sünnilərin
arasında olan fitnəçilərə bəhanə verməməliyik. Onlar xüsusi proqram əsasında
işləyirlər və müsəlmanlar arasında fitnənin yatmasının tərəfdarı deyillər.” (İslamazeri.az).