IQNA

İsrail əsgərləri daha bir fələstinli gənci öldürdü

11:43 - August 01, 2016
Xəbər sayı: 3480653
Tehran, 01.08.2016 - ötən gün Nablusun cənubundakı Havara hərbi nəzarət məntəqəsində beş İsrail əsgərinin fələstinli bir gəncə bıçaqlama aktı cəhdində olduğu iddiasıyla atəş açdığı bildirilib.

İsrail əsgərləri daha bir fələstinli gənci öldürdü

IQNA - Fələstin hərbi əlaqə nümayəndəsi Fələstin Səhiyyə Nazirliyinə 31 yaşlı Rami Avretani adlı gəncin Nablusun cənubundakı Havara nəzarət məntəqəsi yaxınlığında işğal güclərinin açdığı atəş nəticəsində şəhid olduğunu bildirib.

İsrail hərbi mənbələri fələstinli gəncin Nablus şəhəri girişində bıçaqlama aktına cəhd göstərdiyini, nəqliyyat vasitəsilə İsrail patrulunun yanında hərəkət edərkən maşınını dayandırıb əlində bıçaqla İsrail əsgərlərinə hücum etdiyini iddia edib.

Şahidlərin sözlərinə görə isə İsrail əsgərlərinin Nablusdan çıxmaqda olan fələstinli gəncin nəqliyyat vasitəsini dayandırdığını, gənci maşının içərisindən çıxararaq üzərinə atəş açdığını söyləyib. Fələstinli gəncin açılan atəşlə hadisə yerində həyatını itirdiyi, İsrail qüvvələrinin nəzarət məntəqəsini hər iki istiqamətdə də keçidlərə bağladığı qeyd edilib.

captcha