IQNA - Ədliyyə Nazirliyindən APA-ya
verilən məlumata görə, bu il doğulan oğlan uşaqlarına ən çox verilən ad Yusif
adıdır. Belə ki, 1841 uşağa Yusif adı qoyulub. Digər üstünlük təşkil oğlan
adları isə Hüseyn (1300), Əli (1220), Ömər (978), Məhəmməd (756), Tunar (745),
Murad (734), Ayxan (698), Uğur (677), İbrahimdir (497).
Bu ilin 8 ayı ərzində qız uşaqlarına qoyulan adlar arasında populyarlıq qazanan ad isə Zəhra adıdır. Belə ki, 1611 nəfərə bu ad verilib. Digər üstünlük təşkil edən qız adları isə Nuray (1249), Fatimə (1051), Zeynəb (1018), Aylin (952), Məryəm (871), Ayan (768), Mələk (756), Mədinə (597), Səmadır (592).
Maide.az