İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Lex18" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, ABŞ-ın Kentaki əyalətində illik kitabı rəsgisi keçirilir. Bu sərgi Avqust ayının 18-də başlamışdır və Avqust ayının sonunadək davam edəcəkdir.
Bu fürsətdən istifadə edən Amerika müsəlmanlarından bir qrupu Kentaki əyalətinin illik kitab sərgisində minlərlə insana pulsuz Quran-Kərimin İngiliscə tərcümə edilmiş nüsxələrini paylayıblar.
Onların hədəfləri vətəndaşları İslam və Quran-Kərim maarifi ilə daha yaxından tanış etmək və onların müsəlmanlar barədə baxışlarını nikbinləşdirmək olub.
İsa Vudəz – Quran-Kərimin pulsuz paylanılması proqramının məsullarından biri, bu barədə dedi: Quran-Kərimin İngilscə tərcümə nüsxələrini paylamağımızdan əsas məqsəd insanları Quranla tanış etmək, onlara Quranı öyrətməkdir, çünki bəzi insanlar var ki, ömürlərində hətta bir dəfə də Quran görməyib və oxumayıblar.
O əlavə etdi: Bu sərgiyə Quran-Kərimin 5 min nüsxə İngiliscə tərcümə nüsxəsi gətirilib və indiyədək bunlardan 2000 nüsxəsini vətəndaşlar arasında paylamışıq.
Bu sərgidə iştirak edən köhnə ABŞ əsgəri Mayk Esli bu barədə dedi: Güman edirəm ki, mənim də bu Quran nüsxəsindən birini almağım məqsədə uyğundur. Birini alım, baxım və oxuyum görüm ki, Quran-Kərim nə deyir. Daha yaxşıdır ki, İslam barədə məlumatların orjinalı insanların əllərində olsun və insanlar özləri şəxsən Quran haqqında oxuyub qərar versinlər.
http://www.iqna.ir/fa/news/3525248