IQNA

Misirin Mədəniyyət Naziri:

"Əl-Əzhər"in dini təlim mətnlərinə yenidən baxılmalıdır

23:52 - August 27, 2016
Xəbər sayı: 3480737
Tehran, 27.08.2016 – Misirin Mədəniyyət Naziri ölkədə dini zorakılığın qarşısının alınması üçün Misirin təhsil sisteminə və Əl-Əzhərin dini ədəbiyyatına yenidən baxılmasının zəruri olduğunu bildirdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk Tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin Mədəniyyət Naziri ölkə ictimaiyyətində dini zorakılığın qarşısının alınması üçün Misirin təhsil sisteminə və Əl-Əzhərin dini təhsil ədəbiyyatına yenidən baxılmasının zəruri olduğunu bildirib.

Dünən, Cümə gün, 26 avqust 2016-cı il, Misirin İskəndəriyyə şəhərində Qibtilərin "İncil Komitəsi" tərəfindən "Mədəni cəmiyyətin ictimai zorakılıq ilə mübarizədə rolu" devizi altında təşkil olunmuş ictimaiyyətdə sülhlə bağlı konfransın yekun mərasimi keçirilib.

Helmi ən-Nəmnəm – Misirin Mədəniyyət Naziri, "Cəmiyyətdə Sülh" konfransının yekun mərasimində dedi: Heç bir cəmiyyətin fitri olaraq zorakılığa meyli və marağı yoxdur, bəlkə bu ictimai şəraitdir ki, insanları zorakılıq və radikallığa sürükləyir və bu cür şəraitlə mübarizə aparılmalıdır.

Misirin parlament nümayəndəsi Məhəmməd Əbu Hamid və Misirin İncil Əhalisi təşkilatının keşişi Əndərə Zəkinin müdirliyi ilə keçirilən bu konfransda Mədəniyyət Naziri öz çıxışı zamanı dedi: Misr cəmiyyəti son zamanlarda firqəçilik və tayfaçılıq çəkişmələri ilə üzləşib. Bunun səbəbi isə Misr cəmiyyətinin fikr, təhsil və mədəniyyət baxımından qıtlıq çəkməsidir. Bu qıtlığın səbəbi isə Əl-Əzhər dini təhsil ocağının dini təlim qaynaqlarının islah olunmamasıdır. Bu problemi həll etmək üçün həm Əl-Əzhər və həm də Misirin təhsil sistemi öz təhsil ədəbiyyatını yenidən gözdən keçirməlidir. Dinlərarası dialoq üçün ciddi addımlar atılmalıdır.

O əlavə etdi: Misir cəmiyyətində terror hadisələrinin baş verməsi bu cəmiyyətin mədəni və milli təfəkküründə ciddi təsir qoymuş və səbəb olmuşdur ki, cəmiyyətdə radikal cərəyanlar yaransın.

http://iqna.ir/fa/news/3525542


Teqlər: iqna ، misr ، terror ، incil ، qibti
captcha